Volvo 144. Böyük şüşə sahələri və üç yan pəncərə kimi xüsusiyyətlərə malik həqiqətən əbədi dizayn.
1966-cı ilin avqust ayında Volvo 144 adlı yeni 4 qapılı avtomobilin təqdimatı keçirildi. Model 1974-cü ilə qədər Volvo nun həcmli modellərini təşkil edən tam yeni avtomobil seriyasının başlanğıcını təmsil edirdi.
144 heç vaxt köhnəlməyəcək üsluba malik idi. Avtomobilin təkmilləşdirilmiş versiyasının 1990-cı illərin əvvəllərində uğurla satılmağa davam etməsi faktı bunu bir daha sübut edir. Bu avtomobilin xarakterik xüsusiyyətlərinə şüşə ilə örtülən sahələrin böyük olması və üç ədəd yan pəncərənin təchiz edilməsidir.
144 böyük yük yeri olan çox geniş avtomobil idi. Volvo 144-ə həmçinin bir çox yeni təhlükəsizlik funksiyası əlavə edilmişdi. Kuzanın ön və arxa hissəsində enerjini udan zonaların olması ilə yanaşı, hər tormoz zəncirinin üç təkəri idarə etdiyi unikal tormozlama sistemi təchiz olunmuşdu. Bütün təkərlərdə diskli əyləcdən istifadə olunmuşdu. İnteryerdə çıxıntılı hissələr yox idi və həm sürücü, həm də qabaq oturacaqda əyləşən sərnişin üçün təhlükəsizlik kəməri quraşdırılmışdı.
Texniki Xüsusiyyətlər
Model: 144
İstehsal illəri: 1966 - 1974
İstehsal həcmi: 523.808
Kuza: 4 qapılı sedan.
Mühərrik: Yuxarı klapanlı yan-yana 4 silindr; 1778 l; 84,14x80 mm; 75 və ya 90 effektiv at gücü və bir neçə güclü versiyada 1986 l, 88,9x80 mm.
Transmissiya: 4 mexaniki sürət pilləsi, elektrikli sürətləndirici mexanizmə malik 4 mexaniki sürət pilləsi və ya 3 avtomatik sürət pilləsi.
Əyləclər: Bütün təkərlərdə diskli əyləclər olmaqla hidravlik.
Ölçülər: Ümumi uzunluq 464 sm, təkər bazası isə 260 sm-dir
Volvo Cars təhlükəsiz ailə avtomobillərinə üstünlük verməklə bağlı uzun tarixə malikdir. Gələcəyə baxarkən, 2030-cu ilə qədər tam elektrikli avtomobil şirkəti olmaq kimi iddialı məqsədlərimiz də var. Zəhmət olmasa, bu səyahətdə bizə qoşulun və aşağıda tam elektrik avtomobilləri, plug-in hibridləri və ailə avtomobillərimizi kəşf edin.
Tamamilə elektrikli avtomobillərimizi kəşf edin
Tamamilə elektrikli avtomobilləri araşdırınPlug-in hibridlərimizi kəşf edin
Şarj olunan hibrid avtomobillərini tədqiq edinAilə avtomobillərimizi kəşf edin
Ailə avtomobillərini araşdırın