Volvo 164-ü göstərən şəkil

Volvo 164. Təkmilləşdirilmiş kapot və prestijli ön dizayn.

1968-ci ilin payızında Volvo 164 modeli təqdim olundu. O, Volvo 144-ün təkmilləşdirilmiş versiyası olmaqla yanaşı, daha çox prestijyönümlü mövqeyə malik idi.

Texniki baxımdan əsas fərq Volvo 164-ün 3 litrlik yan-yana 6 silindrli mühərriklə təchiz olunması idi. Bu mühərrik 1968-ci ildə 140 seriyası üçün təqdim edilmiş 2 litrlik 4 silindrli mühərrik əsasında yaradılmışdı. Əvvəlcə, 164-ün iki karbüratoru var idi və sonradan yanacaq inyeksiyası əlavə olundu.

10 il ərzində ilk dəfə "Volvo" 6 silindrli avtomobil təklif edə bilmişdi. Sonuncu dəfə bu, 830 seriyasından olan taksilərdə mümkün olmuşdu.

Bununla belə, fərdi alıcılar üçün nəzərdə tutulmuş avomobillərə gəldikdə, "Volvo" PV60-ın istehsalının dayandırıldığı 1950-ci ildən bəri təxminən 20 il ərzində 6 silindrli avtomobil istehsal etmədi.

164-ün eksteryerinə gəldikdə, ön hissənin özünəməxsus üslubu var idi. Daha böyük mühərrikə yer ayırmaq üçün kapot daha uzun idi. Ön hissənin forması həmçinin böyük radiator barmaqlıqları səbəbindən modelə daha böyük prestij qazandırdı.

İnteryerdə oturacaqlar tamamilə fərqli idi: materialar daha dəbdəbəli idi və dəri üzlüklərdən istifadə olunmuşdu.

"Volvo" 164 1968-1975-ci illər arasında təqdim olundu. Son ildə istehsal olunan avtomobillərin əksəriyyəti ABŞ-a göndərildi.

Texniki Xüsusiyyətlər
Model: 164
İstehsal illəri: 1968 - 1975
İstehsal həcmi: 146.008
Kuza: 4 qapılı sedan
Mühərrik: Yuxarı klapanlı yan-yana 6 silindr; 2978 l; 88,9x80 mm; 135-175 effektiv at gücü.
Transmissiya: 4 mexaniki sürət pilləsi, elektrikli sürətləndirici mexanizmə malik 4 mexaniki sürət pilləsi və ya 3 avtomatik sürət pilləsi.
Əyləclər: Bütün təkərlərdə diskli əyləclər olmaqla hidravlik.
Ölçülər: Ümumi uzunluq 470 sm, təkər bazası isə 270 sm-dir.