Volvo 244-ü göstərən şəkil

Volvo 244. Təxminən 20 il istehsal olunduğu üçün öz ömrü boyu klassik hala gələn model

1974-cü ilin avqustunda "Volvo" 240 və 260 seriyası adlanan yeni avtomobil nəslini təqdim etdi.

Bu yeni modellər 140 seriyası əsasında yaradılmışdı və öz sələfinə çox bənzəyirdi. Dəyişikliklərə yeni və böyük qabaq buferlər və "McPherson" tipli qabaq təkər asqı sistemi ilə təchiz olunan təkmilləşdirilmiş şassi daxil idi.

240 ailəsinin buraxılışı ilə əlaqədar yuxarıdan asılmış paylama valına malik yeni 4 silindrli mühərrik ailəsindən istifadə olunmağa başladı. Əvvəlki 4 silindrli versiya müəyyən müddət standart versiyalarda hələ də istifadə olunurdu.

Qısa müddət sonra "Volvo" 244 həmçinin V6 mühərriki ilə təchiz olunmağa başladı. 1979-cu ildə bəzi bazarlarda populyar alternativi ortaya çıxdı: bazarın minik avtomobilində ilk 6 silindrli dizel mühərriki (bəzi bazarlarda 5 silindrli dizel mühərriki təklif olunurdu).

Yeni 240/260 ailəsi sərt təhlükəsizlik tələbləri nəzərə alınmaqla yaradılmışdı. Əslində, avtomobil o qədər etibarlı idi ki, onadn ABŞ-da səlahiyyətli orqanlar tərəfndən təhlükəsizliyin artırılması üçün standart avtomobil kimi istifadə olunurdu.

"Volvo"nun 240 modeli istehsal olunduğu təxminən 20 il ərzində, demək olar, klassikaya çevrildi. Avtomobilə iki dəfə, 1981 və 1986-cı illərdə ciddi dəyişiklik edildi. Ümumilikdə, 240/260 seriyasından 2,8 milyondan çox avtomobil istehsal olundu.

Texniki Xüsusiyyətlər
Model: 244
İstehsal illəri: 1974 - 1993
İstehsal həcmi: 1.483.399
Kuza: 4 qapılı sedan
Mühərrik: Yan-yana 4 silindrli yuxarı klapanlı mühərrik, yan-yana 4 silindrli yuxarı paylama vallı mühərrik, turboqovucu ilə təchiz olunmuş yan-yana 4 silindrli yuxarı paylama vallı mühərrik. V6 yuxarı paylama vallı və yan-yana 5 və ya 6 silindrli yuxarı paylama vallı dizel mühərrikləri.
Transmissiya: 4 mexaniki sürət pilləsi, elektrikli sürətləndirici mexanizmə malik 4 mexaniki sürət pilləsi, 5 mexaniki sürət pilləsi yaxud 3 və ya 4 avtomatik sürət pilləsi.
Əyləclər: Bütün təkərlərdə diskli əyləclər olmaqla hidravlik.
Ölçülər: Ümumi uzunluq 490 sm, təkər bazası isə 264 sm-dir.