Volvo 262-ni göstərən şəkil

Volvo 262. 260 ailəsində nadir bir versiya.

Volvo 262 Volvo 260 ailəsində nadir versiya idi. O, 242-də isifadə olunan eyni 2 qapılı kuzaya əsaslanırdı, ancaq, təbii olaraq, 260 seriyasının komponentlərinə və ön görünüşünə malik idi.

İki il ərzində, xüsusilə, Şimai Amerika bazarında bu model məhdud sayda istehsal olundu.

Bertone tərəfindən istehsal olunan 262C (kupe) modelindən fərqli olaraq, 262-də 242 modeliylə eyni dam örtüyündən istifadə olunmuşdu.

Texniki Xüsusiyyətlər
Model: 262
İstehsal illəri: 1975 - 1977
İstehsal həcmi: 3329
Kuza: 2 qapılı sedan
Mühərrik: Yuxarı paylama vallı 2,664 l V6 mühərriki.
Transmissiya: 4 mexaniki sürət pilləsi, elektrikli sürətləndirici mexanizmə malik 4 mexaniki sürət pilləsi və ya 3 avtomatik sürət pilləsi. Əyləclər: Bütün təkərlərdə diskli əyləclər olmaqla hidravlik.
Ölçülər: Ümumi uzunluq 490 sm, təkər bazası isə 264 sm-dir.