Volvo 440-ı göstərən şəkil.

Volvo 440. İdman və kompakt avtomobil.

Volvo 440 modeli 1988-ci ildə təqdim olunub və bir neçə il ərzində Volvo 340 modeliylə birlikdə istehsal olunub. Daha sonra, 440 və sonrakı qardaşı 460 Volvo çeşidləri arasında kompakt avtomobil rolunu öz üzərinə götürüb.

Volvo 440 modeli idman üslublu 480 kupe ilə eyni texniki struktur və quruluşa malik idi. Hər ikisində idman modellərinə məxsus eninə quraşdırılmış mühərrik və qabaq təkər intiqalı var idi. Hər iki model, şübhəsiz, 480-in mükəmməl idarəetmə və yolu rametmə qabiliyyətindən faydalanmışdı.

Modelin istehsal olunduğu müddət ərzində 440 1,6 litrdən 2 litrə qədər bir sıra müxtəlif mühərriklərlə satışa çıxarıldı. Onların hamısı tək yuxarı paylama valına malik 4 silindrli mühərrik idi və eyni mühərrik ailəsinə əsaslanırdı.

440 5 qapılı heçbək idi və onun quyruq hissəsində 300 seriyası ilə məşhurlaşmış xarakteristik spoyler quraşdırılmışdı. 1994-cü model ili üçün 440 modelinin daimi həmkarı olan daha böyük 850 modeli ilə ayaqlaşması məqsədilə model üzərində ciddi kosmetik dəyişikliklər həyata keçirildi.

Texniki Xüsusiyyətlər
Model: 440
İstehsal illəri: 1988 - 1996
İstehsal həcmi: 460.822
Kuza: 5 qapılı heçbək
Mühərrik: Yuxarı paylama vallı yan-yana 4 silindr, 1596 l, turboqovucu ilə və ya turboqovucusuz 1721 l, yuxarı paylama vallı yan-yana 1794 l və ya 1998 l və yuxarı paylama vallı yan-yana 4 silindrli 1870 l və ya turbo dizel mühərriki
Transmissiya: 5 pilləli mexaniki, 4 pilləli avtomatik transmissiya.
Əyləclər: Qabaq təkərlərdə diskli, arxa təkərlərdə barabanlı və ya diskli əyləclər olmaqla hidravlik
Ölçülər: Ümumi uzunluq 431 sm, təkər bazası isə 250 sm-dir