Volvo 480. İlk seriyalı ön təkərli Volvo avtomobili.
Volvo 480ES modeli 1985-ci ildə təqdim olunub və istehsalı 1986-cı ildə başlayıb. Volvo 480ES Volvo nun seriya halında istehsal olunan ilk qabaq təkər intiqallı avtomobili kimi mühüm rola malikdir. O, eninə quraşdırılmış 4 silindrli mühərriklə təchiz olunub.
480ES (həmçinin 480S və 480 Turbo adları altında satışa çıxarılıb) arxa dizaynı 1970-ci illərin əvvəllərində istehsal olunmuş klassik 1800ES modelindən təsirlənərək hazırlanan dörd oturacaqlı üstü bağlı idman avtomobili idi.
Avtomobil yuxarıya doğru açılaraq ortaya çıxan faraları ilə unikal qabaq görünüşə malik idi və əvvəlki "Volvo" avtomobillərinə bənzəmirdi.
Texniki Xüsusiyyətlər
Model: 480
Variantlar: 480 Turbo, 480 S
İstehsal illəri: 1985 - 1995
İstehsal həcmi: 76.375
Kuza: 2 qapılı idman üslublu heçbək
Mühərrik: Turboqovucu ilə və ya turboqovucusuz yuxarı payalama valı ilə yan-yana 4 silindr, 1721 l və ya yuxarı paylama valı ilə 1998 l.
Transmissiya: 5 pilləli mexaniki, 4 pilləli avtomatik transmissiya.
Əyləclər: Qabaq təkərlərdə diskli, arxa təkərlərdə barabanlı və ya diskli əyləclər olmaqla hidravlik
Ölçülər: Təkər bazası 250 sm-dir
Digər: "Volvo" 480 "Volvo"nun seriya halında istehsal olunan ilk qabaq təkər intiqallı avtomobili idi.
Volvo Cars təhlükəsiz ailə avtomobillərinə üstünlük verməklə bağlı uzun tarixə malikdir. Gələcəyə baxarkən, 2030-cu ilə qədər tam elektrikli avtomobil şirkəti olmaq kimi iddialı məqsədlərimiz də var. Zəhmət olmasa, bu səyahətdə bizə qoşulun və aşağıda tam elektrik avtomobilləri, plug-in hibridləri və ailə avtomobillərimizi kəşf edin.
Tamamilə elektrikli avtomobillərimizi kəşf edin
Tamamilə elektrikli avtomobilləri araşdırınPlug-in hibridlərimizi kəşf edin
Şarj olunan hibrid avtomobillərini tədqiq edinAilə avtomobillərimizi kəşf edin
Ailə avtomobillərini araşdırın