Volvo 780-i göstərən şəkil.

Volvo 780. Eleqant, zamansız dizaynı aydın Volvo şəxsiyyəti ilə birləşdirir.

1985-ci ildə Cenevrə şəhərində beynəlxalq avtomobil sərgisinin qapıları ictimaiyyətə açılanda bütün diqqətlər tam yeni Volvo modelinə yönəldi.

Volvo 780 eksklüziv 2 qapılı kupe idi. O, İtaliyanın dizayn şirkəti Bertone tərəfindən dizayn olundu. Şirkət həmçinin bu müstəsna avtomobillərin istehsalını da həyata keçirmiş, Volvo 264TE (264-ün limuzin versiyası), və "Volvo" 260-ın kuper versiyası olan 262C-nin istehsalında ilkin təcrübə qazanmışdı.

Volvo 780 modelində zamanın sərhədləri ilə məhdudlaşmayan zərif dizayn bariz Volvo kimliyi ilə birləşmişdi. Modelin interyer unikal idi və arxa oturacaqlar iki sərnişin üçün fərdi şəkildə hazırlanmışdı.

Texniki baxımdan, Volvo 780 başlıca olaraq, 760 modelinə əsaslanırdı.

Texniki Xüsusiyyətlər
Model: 780
İstehsal illəri: 1985 - 1990
İstehsal həcmi: 8518
Kuza: 2 qapılı kupe
Mühərrik: İkiqat yuxarı paylama vallı yan-yana 4 silindr, 1986 l, yuxarı paylama vallı 2316 l, yuxarı paylama vallı 2849 l V6, yan-yana 6 silindrli 2383 l və ya turbo dizel mühərriki
Transmissiya: Elektrikli sürətləndirici mexanizmə malik 4 mexaniki sürət pilləsi və ya 4 pilləli avtomatik transmissiya
Əyləclər: Bütün təkərlərdə diskli əyləclər olmaqla hidravlik
Ölçülər: Ümumi uzunluq 479,4 sm, təkər bazası isə 277 sm-dir