Volvo 850 Estate-i göstərən şəkil.

Volvo 850 Estate. Dünyada yan zərbə təhlükəsizlik yastıqları təklif edən ilk avtomobil.

850 GLT-nin 4 qapılı sedan formasından təqdimatından iki il keçməmiş 1993-cü ilin fevral ayında 5 qapılı universal versiya təqdim olundu.

850 universal modeli tipik "Volvo" profilinə malik, yəni, demək olar, tam şaquli arxa hissə ilə olunmuşdu. Bu, interyer həcmini artıran əlverişli xüsusiyyətdir.

"Volvo" 850 GLT coşqunluqla qarşılandı. 850 modeli qədər mükafat qazanan avtomobil nadirdir. Universal avtomobil versiyası Yaponiyanın nüfuzlu "1994-cü ilin Yaxşı Dizayna görə Əsas Mükafatı"na layiq görüldü.

Ötən illər ərzində 850 seriyası universal avtomobil versiyası ilə kifayətlənməyərək başqa versiyalarla da genişləndirildi. Seriyaya bir sıra mühərrik seçimləri, o cümlədən turboqovucu ilə benzin mühərrikləri və birbaşa inyeksiyalı turbo dizel mühərriki daxildir.

"Volvo" 1994-cü ildə yarış meydanlarına qayıtmaq qərarına gəldikdə bunu BTCC (Britaniya Minik Avtombili Çempionatı) adı altında etdi. Yarışda iştirak edən ilk "Volvo" avtomobili yük avtomobili ilə yarış avtomobili dizaynını özündə birləşdirən gözoxşayan "Volvo" 850 universal modeli idi.

"Volvo" 850 həmçinin dünyada yan hava yastıqları təklif edən ilk avtomobil idi. Bu yastıqlar 1994-cü ilin payızında təqdim olunmuşdu.

850/V70 seriyasına möhtəşəm əlavə AWD (törd təkərə intiqal) və XC (yolsuzluq) modellərinin ilk nəsli idi.

1997-ci model ilində V70 850 universal modelini əvəz etdi.

Texniki Xüsusiyyətlər
Model: 850 universal
Variantlar: AWD (dörd təkərə intiqal), XC, R
İstehsal: 1993 - 1996 Cild: 326068
Kuza: 5 qapılı universal
Mühərrik: Yuxarı paylama vallı yan-yana 5 silindr, 1984 - 2383 l və ya tək yuxarı paylama vallı yan-yana 5 silindrli 2461 l turbo dizel mühərriki
Transmissiya: 5 pilləli mexaniki və ya 4 pilləli avtomatik transmissiya, qabaq təkərə intiqal və ya dörd təkərə intiqal.
Əyləclər: Bütün təkərlərdə diskli əyləclər olmaqla hidravlik
Ölçülər: Ümumi uzunluq 472 sm, təkər bazası isə 267 sm-dir