Volvo 850 Sedanı göstərən şəkil.

Volvo 850 Sedan. 1994-cü ilin payızında yan zərbələr üçün hava yastıqları təklif edən dünyada ilk avtomobil.

Volvo 1991-ci ilin iyun ayında tam yeni model seriyası olan Volvo 850 GLT-ni təqdim etdi. Volvo 850 GLT Dörd bənzərsiz nailiyyətə malik dinamik avtomobil adı altında təqdim olundu.

Dörd yeni xüsusiyyət bunlar idi: qabaq təkərlərə intiqal verən eninə yerləşdirilmiş 5 silindrli mühərrik, müstəqil asqının dinamikası və rahatlığını hərəkətli arxa oxun təhlükəsizliyi ilə birləşdirən delta-link arxa ox, inteqrasiya olunmuş kənar təsirdən müdafiə sistemi (SIPS) və özü tənzimlənən qabaq təhlükəsizlik kəməri mexanizmi.

850-nin eksteryer dizaynı güclü "Volvo" kimliyini təmsil edirdi. Onun 740 və 940 irsinə mənsubluğu dərhal gözə çarpırdı.

"Volvo" 850 GLT coşqunluqla qarşılandı. 850 modeli qədər mükafat qazanan avtomobil nadirdir.

Ötən illər ərzində 850 seriyası əlavə variantlarla genişləndirildi. Onlar arasında turqovucu ilə benzin mühərriki və birbaşa inyeksiyalı turbo dizel mühərriki var idi.

"Volvo" 850 həmçinin dünyada yan hava yastıqları təklif edən ilk avtomobil idi. Bu yastıqlar 1994-cü ilin payızında təqdim olunmuşdu.

1997-ci model ilində S70 850 sedan modelini əvəz etdi.

Texniki Xüsusiyyətlər
Model: 850 Sedan
Variantlar: AWD (dörd təkərə intiqal), T5 R
İstehsal illəri: 1991 - 1996
İstehsal həcmi: 390.835
Kuza: 4 qapılı sedan
Mühərrik: Yuxarı paylama vallı yan-yana 5 silindr, 1984 - 2435 l və ya tək yuxarı paylama vallı yan-yana 5 silindrli 2461 l turbo dizel mühərriki
Transmissiya: 5 pilləli mexaniki, 4 pilləli avtomatik transmissiya, qabaq təkərə intiqal və ya dörd təkərə intiqal
Əyləclər: Bütün təkərlərdə diskli əyləclər olmaqla hidravlik
Ölçülər: Ümumi uzunluq 467 sm, təkər bazası isə 267 sm-dir