Volvo C70 kupesini göstərən şəkil.

Volvo C70 kupesi. Eksklüziv interyer materialları ilə tamamlanan birinci dərəcəli yol tutuşu və mükəmməl erqonomik rahatlıq.

İllər ərzində "Volvo" eksklüzivliyi rahatlıq, təhlükəsizlik, yüksək performans və yolu raxşı rametmə xüsusiyyətləri ilə birləşdirmək istəyən müdrik müştərilərinə eksklüziv kupe modelləri təklif edib. P1800, 262C və 780 C70 Coupé-nin sələfləri kimi qeyd olunmağa layiqdir.

"Volvo" C70 kupe avtomobilinin dizaynına başladıqda istehsal prosesi gözəl görünüşün o zamana qədər "Volvo" avtomobillərində görülməmiş performans səviyyələri ilə birləşdirildiyindən əmin olmaq üçün "Volvo" və Britaniyanın "TWR" ("Tom Walkinshaw Racing") şirkəti tərəfindən birlikdə həyata keçirildi.

Yeni C70 kupe modeli 1996-cı ildə Paris Avtomobil Sərgisində təqdim olundu. Avtomobil həm jurnalistlər, həmdə potensial müştərilərdən çox müsbət rəy aldı.

C70 kupe avtomobili yüksək səviyyəli yol rametmə qabiliyyəti və həqiqi dəri, əsl odun kimi eksklüziv interyer materialları, o cümlədən birinci dərəcəli səs avadanlıqlarının timsalında mükəmməl erqonomika rahatlığı ilə birlikdə maksimal performans (maksimal sürət 250 km/saat-ə qədər olmaqla) təklif edir.

"Volvo" C70 kupe 2002-ci ilə qədər istehsal olundu.

Texniki Xüsusiyyətlər
Model: C70 kupe
İstehsal illəri: 1996 - 2002
İstehsal həcmi: 24.395
Kuza: 2 qapılı kupe
Mühərrik: İkiqat yuxarı paylama vallı yan-yana 5 silindr, 1984 - 2435 l.
Transmissiya: 5 pilləli mexaniki, 4 və ya 5 pilləli avtomatik transmissiya.
Əyləclər: Bütün təkərlərdə diskli əyləclər olmaqla hidravlik
Ölçülər: Təkər bazası 266 sm-dir