Volvo Karvanı/Treyler. Karvandan adi qoşquya çevirmək imkanı ilə.
1957-ci ildə dərc olunmuş düşərgə qoşqusunun reklam broşürünün əsas başlığı "Öz hotelinlə səyahət et" idi. 50-ci illərdə avtomobillə səyahət etmək "illik tətil" adlı getdikcə məşhurlaşan yeni fenomen əsasında geniş yayılan yeni ideya idi. Bundan əlavə, avtomobilin interyerini iki nəfərlik çarpayıya çevirmək mümkün olardısa, avtomobil demək olar özü özünü satırdı. "Volvo" avtomobilləri çevikliklə universallığı birləşdirən avtomobillər təklif etməkdə böyük tarixə malikdir. Bu gün biz V70, XC70 və XC90 modelləri üçün aksesuar kimi düşərgə masası və s. məhsullar təklif edə bilirik. 1957-ci ildə isə biz ailə həyatına önəm verdiyimizi nümayiş etdirirdik.
Qoşqu-yaylağı ən yaxşı halda adi qoşquya çevirmək mümkün idi. 1957-ci ildə qiymət etiketində 2700 İsveç kronu qeyd olunurdu. Təəssüf ki, heç bir qoşqu-yaylaq bu günə qədər gəlib çıxmayıb!
Texniki Xüsusiyyətlər
Model: QOŞQU-YAYLAQ/QOŞQU
İstehsal illəri: 1957
İstehsal həcmi: 53
Kuza: Yığıla bilən divarlar və tavan ikiqat fanerdən, aşağı hissə alüminiumdan və ya PVC ilə örtülmüş parçadan, alt təbəqə dəmirdən.
Mühərrik: N/A
Transmissiya: N/A
Əyləclər: tətbiq olunmur
Ölçülər: Tam hündürlük: 180 sm İşlək hündürlük: 103 sm En: 180 sm Ümumi uzunluq (yedəkləmə qarmağı ilə birlikdə): 310 sm Ümumi uzunluq (kuza): 225 sm, çəki: 320 kq.
Digər: Linells Vagn AB 1974-cü ildən AB Volvo-ya məxsusdur və bu gün VAH, Volvo Articulated Haulers AB kimi tanınır.
Volvo Cars təhlükəsiz ailə avtomobillərinə üstünlük verməklə bağlı uzun tarixə malikdir. Gələcəyə baxarkən, 2030-cu ilə qədər tam elektrikli avtomobil şirkəti olmaq kimi iddialı məqsədlərimiz də var. Zəhmət olmasa, bu səyahətdə bizə qoşulun və aşağıda tam elektrik avtomobilləri, plug-in hibridləri və ailə avtomobillərimizi kəşf edin.
Tamamilə elektrikli avtomobillərimizi kəşf edin
Tamamilə elektrikli avtomobilləri araşdırınPlug-in hibridlərimizi kəşf edin
Şarj olunan hibrid avtomobillərini tədqiq edinAilə avtomobillərimizi kəşf edin
Ailə avtomobillərini araşdırın