Volvo ÖV4-ü göstərən şəkil.

Volvo ÖV4. İlk seriyalı Volvo avtomobili.

Seriya halında istehsal olunan ilk "Volvo" avtomobili "Lundby" zavodundan 14 aprel 1927-ci ildə çıxıb. 4 silindrli köhnə dəbli bu üstüaçıq avtomobilə ÖV4 adı verildi. Kuza kül və fıstıq ağacından hazırlanmış çərçivə uzərində qurulmaqla metal təbəqə ilə örtülüb və kənarları qara olmaqla yalnız tünd mavi rəngdə mövcuddur. ÖV4 tez-tez "Jakob" ləqəbini alırdı.


Texniki Xüsusiyyətlər
Model: ÖV4 Variantları: ÖV4 TV (Götürmə) ÖV4 Şassi
İstehsal illəri: 1927 - 1929
İstehsal həcmi: 275 (onlardan 205-i üstüaçıq gəzinti kuzası ilə təchiz olunub).
Kuza: Üstüaçıq gəzinti kuzası və ya şassi kimi.
Mühərrik: Kənar klapanlarla təchiz olunmuş yan-yana 4 silindr; 1.944 l; 75x110 mm; 2000 dövr/dəq-də 28 effektiv at gücü.