Volvo P1200/PV120 Amazon-u göstərən şəkil

Volvo P1200/P120 Amazon. Volvo-dan ponton kuzovlu ilk avtomobil.

1956-cı ildə Volvo yeni minik avtomobilinin prototipini təqdim etdi. Avtomobil İsveçdə "Amazon", ixrac bazarında isə 121 və 122S adı ilə tanındı. 122S adından daha güclü mühərriklə təchiz olunmuş versiya üçün istifadə olunurdu.

İstehsalı 1957-ci ildə başladı və bu avtomobil, əvvəlcə, PV444-dən daha böyük model hesab olunurdu. 121/122 S-in 4 qapılı model olması buna, təbii olaraq, əsas verirdi.

Modern üslubda dizayn olunan bu model Volvo nun ponton kuzaya malik ilk avtomobili idi. İnsanlar avtomobili çox cəlbedici hesab edirdi. Qabaq hissə iki ovalşəkilli barmaqlıq bölməsi ilə xarakterizə olunurdu. Arxa qanadlar genişləndirilmişdi və həmin dövrdə çox məşhur dizayn elementi olan üzgəc kənarı ilə sonlanırdı.

Amazon 121/122 S modeli həmçinin özünəməxsus xüsusiyyətlər, o cümlədən üst hissəsi yumşaq materialdan olan idarəetmə paneli, laminasiya olunmuş qabaq şüşə və həm qabaq, həm də arxa hissədə təhlükəsizlik kəməri ilə çox yüksək təhlükəsizlik səviyyəsinə malik idi.

1961-ci ilin payızında P120 modellərinə bir çox nisbətən böyük dəyişikliklər edildi. 1,6 l həcmə malik əvvəlki mühərrik 75 və ya 90 effektiv at gücünə malik B18 mühərriki, 12 voltluq elektrik sistemi və yeni barmaqlıqlarla əvəz olundu. 90 effektiv at gücünə malik modeldə isə qabaq təkərlərdə diskli əyləclər var idi.

P120-nin 4 qapılı modeli 1966-cı ilin payızında tamamilə yeni avtomobil olan "Volvo" 144 ilə əvəz olunana qədər istehsal edildi.

Texniki Xüsusiyyətlər
Model: P 1200 / P 120 AMAZON sedan
Variantlar: P 1200 V, P 1200 H, P 121, P 122 S
İstehsal illəri: 1956 - 1967
İstehsal həcmi: 234208
Kuza: 4 qapılı sedan
Mühərrik: Yuxarı klapanlı yan-yana 4 silindr; 1583 l; 79,37x80 mm; 4500 dövr/dəq-də 60 effektiv at gücü və ya 5500 dövr/dəq-də 85 effektiv at gücü. 1961: 1778 l, 4500 dövr/dəq-də 75 effektiv at gücü və ya 500 dövr/dəq-də 90 effektiv at gücü (1965-ci ildə 95 effektiv at gücünə artırıldı).
Transmissiya: Döşəməyə birləşdirilmiş linglə (bəzi avtomobillər sükan sütununa quraşdırılmış sürət qutusu ilə satılırdı) mexaniki olaraq idarə olunan 3 və ya 4 sürət pilləsi. Sükan sütununda yerləşən avtomatik sürət lingi ilə dəyişdirilən 3 sürət pilləsi.
Əyləclər: Bütün təkərlərdə hidravlik baraban. 1961: S versiyaları üçün qabaq təkərlərdə diskli əyləclər. 1964: bütün versiyalar üçün qabaq təkərlərdə diskli əyləclər.
Ölçülər: Ümumi uzunluq 445 sm, təkər bazası isə 2600 mm-dir.