Volvo P130 Amazon 2-d-ni göstərən şəkil

Volvo P130 Amazon 2-D. Xüsusilə İsveç bazarında maraqla gözlənilən model.

1961-ci ilin sentyabr ayında 121/122S modelinə əsaslanan başqa bir versiya təqdim olundu: 2 qapılı sedan. Bu versiya, xüsusilə, İsveç bazarında maraqla gözlənilən model idi, çünki İsveç həmin dövrdə 2 qapılı avtomobillər üçün səciyyəvi bazar idi.

Texniki baxımdan iki model arasında fərq yox idi. Qapılar arxa oturacağa rahat şəkildə keçməyə imkan vermək üçün 2 qapılı modeldə, təbii olaraq, daha uzun idi və qabaq oturacaqlər, sözsüz, eyni səbəbə görə ön tərəfə qatlana bilirdi. Havalandırmanı yaxşılaşdırmaq üçün arxa yan pəncərələr arxa tərəfdən açıla bilirdi.

Mühərrikin proqramı ilk olaraq 4 qapılı modellə eyni olmalı idi. Buna baxmayaraq, 2 qapılı model bir qədər yüngül olduğundan idman üslubuna daha yaxın hesab olunurdu və buna görə həm ralli, həm də avtomobil yarışlarında istifadə olunurdu.

Amazon un idman imicini artırmaq üçün 1966-cı ildə 1800S idman avtomobili ilə eyni mühərriklə sürətli və tam təchiz olunmuş 123GT versiyası təqdim olundu.

1968-ci ildə bu modelə başqa bir mühərrik versiyası əlavə olundu: B20 mühərriki adlanan 2 litr tutumlu versiya.

P130-un istehsalı 2 iyul 1970-ci ilə qədər davam etdi. Bu, illər ərzində 667.323 ədəd P130 modeli satılmaqla bu avtomobil ailəsinin son versiyası idi.

Texniki Xüsusiyyətlər
Model: P130 "Amazon" 2-d
Variantlar: P 131, P 132 ("SPORT"), P 123 GT
İstehsal illəri: 1961 - 1970
İstehsal həcmi: 359.916
Kuza: 2 qapılı sedan
Mühərrik: Yuxarı klapanlı yan-yana 4 silindr; 1778 l (108 kub düyüm); 84,14x80 mm; 4500 dövr/dəq-də 75 effektiv at gücü və ya 5000 dövr-dəq-də 90 effektiv at gücü, 1964-cü ildə 95 effektiv at gücü, 1966-cı ildə 115 effektiv at gücü. 1968: 1986 l; 88,9x80 mm; 4800 dövr/dəq-də 90 effektiv at gücü və ya 5800 dövr/dəq-də 118 effektiv at gücü.
Transmissiya: Döşəməyə birləşdirilmiş linglə mexaniki olaraq dəyişdirilən 3 və ya sürətləndirici mexanizmə malik 4 sürət pilləsi. Sükan sütununda yerləşən avtomatik sürət lingi ilə dəyişdirilən 3 sürət pilləsi.
Əyləclər: Bütün təkərlərdə hidravlik baraban, S versiyada qabaqda disklər. 1964-cü ildə bütün versiyalarda qabaqda disklər.
Ölçülər: Ümumi uzunluq 445 sm, təkər bazası isə 2600 mm-dir.