Volvo PV36 Carioca-nı göstərən şəkil

Volvo PV36 Carioca. Müasir və təhlükəsiz bədən quruluşu ilə.

"Volvo" PV36: "Volvo" 1930-cu illərin geniş yayılmış tendensiyasına qoşularaq 1935-ci ildə "Carioca" adı ilə məşhurlaşan PV36 modelini təqdim etdi. Avtomobil ling və silindrik yayları olan müstəqil qabaq təkər asqısı və arxa təkər sipərləri ilə təchiz olunmuş çox möhkəm tam polad kuzaya malik idi.

Kuza modern görünüşü ilə yanaşı, bir neçə ciddi yol qəzasında sübut olunduğu kimi, həddən artıq təhlükəsiz idi. 500 sedan avtomobilindən əlavə, Stokholmda "Nordbergs Karosseri" tərəfindən gözəl kabriolet üçün istifadə olunan tək bir şassi də istehsal olundu.

Texniki Xüsusiyyətlər
Model: PV36
Variantlar: PV 36 şassi
İstehsal illəri: 1935 - 1938
İstehsal həcmi: 501
Kuza: 6 oturacaqlı, şassili sedan.
Mühərrik: Kənar klapanlarla təchiz olunmuş yan-yana 6 silindr; 3670 l; 84,14x110 mm; 3300 dövr/dəq-də 80 effektiv at gücü. Transmissiya: Döşəməyə birləşdirilmiş linglə dəyişdirilən 3 sürət pilləsi.
Əyləclər: Bütün təkərlərdə hidravlik əyləc.
Ölçülər: 2950 mm təkər bazası.
Digər: Səssiz, rahat, bahalı və bir qədər mübahisəli "Carioca" sedan kimi 500, kabriolet kimi isə bir ədəd istehsal olunaraq satılıb. Maksimal sürəti 120 km/saat idi.