Volvo PV544-ü göstərən şəkil

Volvo PV544. Daxili təhlükəsizliyi yaxşılaşdırmaq üçün yastıqlı üst yarısı olan yeni tablosuna malikdir.

1958-ci ilin avqust ayında PV444-ün daha modern versiyası olan "Volvo" PV544 təqdim olundu. 1944-cü ildə təqdim olunan PV444-dən bəri bu qədər çox dəyişiklik edilməmişdi. Kuza görmə qabiliyyətini artırmaq üçün daha böyük və qabarıq qabaq şüşə, o cümlədən daha böyük arxa pəncərə ilə təchiz olunmuşdu. İnteryerin təhlükəsizliyini artırmaq üçün üst hissəsi yumşaq materialdan hazırlanmış yeni idarəetmə paneli təchiz edilmişdi. Spidometr "termometr" tipli idi, yəni qırmızı zolaq sürət həddini göstərirdi. Arxa oturacaq yenidən modelləşdirilərək rahatlıq səviyyəsi artırılmış və sələfi PV444-lə müqayisədə əlavə bir nəfər üçün də yer ayrılmışdı.

Model texniki baxımdan da yenilənmişdi. "Volvo" PV444-də (Şimali Amerika üçün buraxılmış versiyadan fərqli olaraq) yalnız bir mühərrik alternativi var idi. PV544-ün dövriyyəyə buraxılmasından sonra ikinci versiya əlavə olundu. İlk dəfə olaraq 4 sürət pilləli mexaniki sürət qutusu təchiz olundu.

Dərisinin altında daim yenilənən PV544 var idi. 1961-ci ildə böyük dəyişiklik edərək kapotun altına məşhur "B18" mühərrikini yerləşdirdilər və elektrik sistemini 12 V-luq cərəyanla çalışdırdılar.

Texniki Xüsusiyyətlər
Model: PV 544
Variantlar: "Special" I, II və "Sport" (daha çox belə adlanırdı) PV 544 A PV 544 B PV 544 C PV 544 D PV 544 E PV 544 F PV 544 G
İstehsal illəri: 1958 - 1965
İstehsal həcmi: 243990
Kuza: 2 qapılı sedan
Mühərrik: Yuxarı klapanlı yan-yana 4 silindr; 1583 l; 79,37x80 mm; 4500 dövr/dəq-də 60 effektiv at gücü və ya 3500 dövr/dəq-də 85 effektiv at gücü. 1961: 1778 l, 4500 dövr/dəq-də 75 effektiv at gücü və ya 500 dövr/dəq-də 90 effektiv at gücü (sonradan 95 effektiv at gücünə artırıldı).
Transmissiya: Döşəməyə birləşdirilmiş linglə mexaniki olaraq dəyişdirilən 3 və ya 4 sürət pilləsi
Əyləclər: Bütün təkərlərdə hidravlik baraban.
Ölçülər:
Digər: "Volvo" PV544 1950-ci illərin sonları, 1960-cı illərin əvvəllərində ən uğurlu yarış avtomobillərindən birinə çevrilib.