Volvo PV60-1. Rahat və populyar avtomobil.
PV60 Volvo nun ənənəvi kənar klapanlı mühərrikə malik altı silindrli böyük minik avtomobillərindən sonuncusu idi. Avtomobilin dizaynı nisbətən köhnə dəbli idi, çünki Amerika üslubuna xas cizgilər müharibə dövründə ciddi şəkildə dəyişmişdi. Avtomobil, başlıca olaraq, rahatlığına görə çox məşhurlaşdı. Avtomobillərin əksəriyyəti 1940-cı illərin sonlarında satıldı.
Volvo nun müharibədən sonrakı dövrdə istehsal etdiyi ilk avtomobil olan PV60 PV61-də olduğu kimi, sırf şassi olaraq təklif olunurdu. Onlardan beş yüz ədəd isehsal olundu və üstü açılan zərif kuza ilə təchiz olunan bir neçəsi istisna olmaqla, çatdırılma furqonu və ya yüngül yük avtomobilə çevrildi.
Texniki Xüsusiyyətlər
Model: PV60-1
Variantlar: PV 61 şassi
İstehsal illəri: 1946 - 1950
İstehsal həcmi: 3006
Kuza: Sedan yaxud xüsusi fərdi və ya kommersiya kuzaları üçün nəzərdə tutulmuş şassi.
Mühərrik: Kənar klapanlarla təchiz olunmuş yan-yana 6 silindr; 3670 l; 84,14x110 mm; 3600 dövr/dəq-də 90 effektiv at gücü.
Transmissiya: Sükan sütununda yerləşdirilmiş sürət qutusu ilə dəyişdirilən və sürətləndirici mexanizmə malik 3 sürət pilləsi.
Əyləclər: tətbiq olunmur
Ölçülər: 2850 mm təkər bazası.
Volvo Cars təhlükəsiz ailə avtomobillərinə üstünlük verməklə bağlı uzun tarixə malikdir. Gələcəyə baxarkən, 2030-cu ilə qədər tam elektrikli avtomobil şirkəti olmaq kimi iddialı məqsədlərimiz də var. Zəhmət olmasa, bu səyahətdə bizə qoşulun və aşağıda tam elektrik avtomobilləri, plug-in hibridləri və ailə avtomobillərimizi kəşf edin.
Tamamilə elektrikli avtomobillərimizi kəşf edin
Tamamilə elektrikli avtomobilləri araşdırınPlug-in hibridlərimizi kəşf edin
Şarj olunan hibrid avtomobillərini tədqiq edinAilə avtomobillərimizi kəşf edin
Ailə avtomobillərini araşdırın