Volvo PV831-4-ü göstərən şəkil

Volvo PV831-4. Köhnəlmək faktiki olaraq qeyri-mümkün hesab olunur.

1950-ci ildə "Volvo" 800 seriyalı taksilərin yeni versiyasını təqdim etdi. Əsas yenilik ön tərəfin daha aşağı profilə və ön qanadların içinə daxil edilmiş faralara malik dizaynı idi.

PV830-un yeni versiyası 1953-cü ildə dövriyyəyə buraxıldı. O, böyük şirkətlərin mühüm qonaqları daşıyarkən istifadə etməsi üçün nəzərdə tutulmuş eksklüziv avtomobil idi. Bu versiyanı fərqləndirən əsas eksteryer xüsusiyyəti tünd qırmızı və ya tünd mavi rəngi idi.

İnteryerə eksklüziv parça üzlük daxil edilmişdi. Arxa oturacaqların orta hissəsində qatlana bilən dirsəklik yerləşdirilmişdi və döşəmədə toxunmuş xalça var idi. Standart avadanlıqlara radio daxil idi.

Taksi kimi bu avtomobillərin köhnəlib sıradan çıxması demək olar mümkünsüz hesab olundur və onlardan bir neçəsindən 1980-ci illərə qədər faktiki olaraq istifadə olunmağa davam etdi.

Taksi versiyası ilə yanaşı, 800 seriyası təcili yardım avtomobili, universal avtomobil və ya kiçik furqon kimi istifadə üçün nəzərdə tutulmuş tək şassi kimi satıla bilirdi.

Texniki Xüsusiyyətlər
Model: PV 831-4
Variantlar: PV 831 (Şüşə arakəsməsi olan taksi) PV 832 (Şüşə arakəsməsi olmayan taksi) PV 834 şassi (uzadılmış)
İstehsal illəri: 1950 - 1958
İstehsal həcmi: 6216
Kuza: 7 və ya 8 nəfərlik taksi kuzası yaxud təcili yardım avtomobili kimi kuzalar üçün nəzərdə tutulmuş şassi.
Mühərrik: Kənar klapanlarla təchiz olunmuş yan-yana 6 silindr; 3670 l; 84,14x110 mm; 3600 dövr/dəq-də 90 effektiv at gücü.
Transmissiya: Sükan sütununda yerləşdirilmiş sürət qutusu ilə dəyişdirilən 3 sürət pilləsi.
Əyləclər: Bütün təkərlərdə hidravlik əyləc.
Ölçülər:
Digər: 3250 və ya 3550 mm təkər bazası.