Volvo S40 Nəsil 1-i göstərən şəkil.

Volvo S40 Nəsil 1. Daha böyük 850 modeli ilə müqayisə edilə bilən rahatlıq və təhlükəsizlik təklif edir.

S40 modeliylə "Volvo" daha böyük 850 modelinin sürücülərinin bir neçə ildir zövq aldığı rahatlıq və təhlükəsizlik səviyyəsini kompakt ölçüdə təklif etdi.

Tezliklə iki orijinal versiya (1,8 və 2 litrlik mühərriklər) yeni qənaətcil və həyəcanverici modelləri tamamladı. Yanacağa qəanət edən turbodizel versiyasından yüksək performanslı T4 (200 effektiv at gücü) mühərrikinə qədər müxtəlif mühərriklərlə təklif olunan S40 modeli PV544 Sport, P1800 və 240 Turbo kimi klassik performans "Volvo"larının layiqli davamçısı idi.

Bununla belə, S40 adi yollarda məşhurlaşmaqla yanaşı, həm də möhtəşəm yarış avtomobilinə çevrildi. Onun ən böyük uğuru Riçard Raydel BTCC (Britaniya Minik Avtomobilləri Çempionatı) çempionatında 1998-ci ilin S40-ı ilə qalib gəldikdə əldə olundu. S40 həmçinin STCC (İsveçrə Minik Avtomobilləri Çempionatı) çempionatında kifayət qədər uğurlub olub.

2000-ci ildə S40 Şimali Amerika bazarına uğurla çıxarıldı.

Texniki Xüsusiyyətlər
Model: S40 1-ci nəsil
İstehsal illəri: 1995 - 2004
İstehsal həcmi: 352.910
Kuza: 4 qapılı sedan
Mühərrik: İkiqat yuxarı paylama vallı yan-yana 4 silindr, 1587 - 1948 l və yuxarı paylama vallı yan-yana 4 silindrli 1870 l turbo dizel mühərriki
Transmissiya: 5 pilləli mexaniki, 4 və ya 5 pilləli avtomatik transmissiya.
Əyləclər: Bütün təkərlərdə diskli əyləclər olmaqla hidravlik
Ölçülər: Təkər bazası 256 sm-dir