Volvo P1900-ü göstərən şəkil

Volvo Sport P1900. Əvvəlcə ixrac üçün nəzərdə tutulmuşdu, lakin əsasən İsveç bazarında satılır.

"Volvo"nun 1954-cü ildə plastik şüşə materialı ilə gücləndirilmiş poliesterdən hazırlanmış kuzaya malik 2 oturacaqlı üstüaçıq idman avtomobilini təqdim etməsi sensasiya yaratmışdı.

Bununla belə, avtomobil 1956-cı ilə qədər istehsala buraxılmadı və bir çox ciddi problemdən sonra 1957-ci ildə istehsalı dayandırıldı. Həmin vaxta qədər 67 (yaxud ola bilsin ki, 68) avtomobil sertiya halında istehsal olunmuşdu.

İlkin fikir bu avtomobili ixrac üçün istehsal etmək idi. Kabriolet avtomobil növü İsveç iqliminə tam uyğun hesab olunmurdu. Buna baxmayaraq, əksər avtomobillər daxili İsveç bazarında satıldı.

Avtomobil, başlıca olaraq, "Volvo" PV444 modelindən götürülmüş standart komponentlərə əsaslanırdı, ancaq o, fərqli boruşəkilli çərçivə üzərində qurulmuşdu. Mühərrik PV444-ün 4 silindrli 1,4 litrlik mühərrikinin təkmilləşdirilmiş versiyası idi. İki karbürator, fərqli paylayıcı val, daha böyük qəbul klapanları və daha yüksək sıxılmadan istifadə edən bu mühərrik 70 effektiv at gücündə idi.

Texniki Xüsusiyyətlər
Model: "VOLVO" "SPORT" (P 1900)
İstehsal illəri: 1956 - 1957
İstehsal həcmi: 67
Kuza: 2 nəfərlik kabriolet
Mühərrik: Yan-yana 4 silindr; 1414 l; 75x80 mm; 5500 dövr/dəq-də 70 effektiv at gücü.
Transmissiya: Döşəməyə birləşdirilmiş linglə mexaniki olaraq dəyişdirilən 3 sürət pilləsi
Əyləclər: Bütün təkərlərdə hidravlik baraban.
Ölçülər: Ümumi uzunluq 422 sm, təkər bazası isə 240 sm-dir. Digər: Bu modelin 70 effektiv at gücündə olan mühərrikindən 1957-ci ildə ABŞ bazarı üçün "Volvo" PV444-də istifadə olunmuşdu. Mühərrik PV444 modelinin performansını yaxşılaşdırmışdı və model "Ailəvi idman avtomobili" kimi satıldı.