Volvo V70/V70XC Classic. Tamamilə yenidən işlənmiş idarə paneli və əsas daxili yeniləmələr.
1996-cı ilin sonlarında "Volvo" bazara V70 adı ilə yeni universal modelini çıxardı.
"Volvo" V70 1993-cü ildən bazarda olmuş uğurlu 850 universal modelinin konsepsiyası əsasında yaradılmışdı.
Yeni V70-in eksteryeri sələfi ilə müqayisədə daha yumşaq üsluba malik olsa da, güclü "Volvo" kimliyini daşıyırdı. Eyni zamanda, tipik qismən şaquli arxa hissəyə malik idi. Avtomobilin içərisində interyerin böyük hissəsi kimi, idarəetmə paneli də yenilənmişdi. Təhlükəsizlik baxımından bir sıra yeniliklər edilmişdi.
V70 modellərinə maraqlı və uğurlu əlavə dörd təkərə intiqallı XC 70 modelləri oldu.
"Volvo" V70 2000-ci ildə V70-in ikinci nəsli ilə əvəz olunana qədər istehsal olundu.
Texniki Xüsusiyyətlər
Model: V70 / V70 XC -00
Variantlar: AWD (dörd təkərə intiqal), klassik
İstehsal illəri: V70: 1996-cı ilin 50-ci həftəsi - 2000-ci ilin 19-cu həftəsi V70 XC: 1997-ci ilin 35-ci həftəsi - 2000-ci ilin 19-cu həftəsi
İsehsal həcmi: V70: 319.832 XC: 53.857
Kuza: 5 qapılı universal
Mühərrik: İkiqatl yuxarı paylama vallı yan-yana 5 silindr, 1984 - 2435 l və ya ikiqat turbo dizel mühərriki, 2435 və ya 2401 l.
Transmissiya: 5 pilləli mexaniki, 4 pilləli avtomatik transmissiya.
Əyləclər: Bütün təkərlərdə diskli əyləclər olmaqla hidravlik
Ölçülər: Təkər bazası 276 sm-dir
Volvo Cars təhlükəsiz ailə avtomobillərinə üstünlük verməklə bağlı uzun tarixə malikdir. Gələcəyə baxarkən, 2030-cu ilə qədər tam elektrikli avtomobil şirkəti olmaq kimi iddialı məqsədlərimiz də var. Zəhmət olmasa, bu səyahətdə bizə qoşulun və aşağıda tam elektrik avtomobilləri, plug-in hibridləri və ailə avtomobillərimizi kəşf edin.
Tamamilə elektrikli avtomobillərimizi kəşf edin
Tamamilə elektrikli avtomobilləri araşdırınPlug-in hibridlərimizi kəşf edin
Plug-in hibridlərini araşdırınAilə avtomobillərimizi kəşf edin
Ailə avtomobillərini araşdırın