Dünyanın qabaqcıl təhlükəsizlik, komfort və audio dizaynı ilə xalis elektriklə çalışan XC40 Recharge bütün tələblərə cavab verir.
Xalis elektriklə çalışan XC40 Recharge modelinə tam şəkildə inteqrasiya olunmuş Google Maps ilə real vaxt rejimində yol hərəkəti ilə bağlı məlumat və avtomatik marşrutun dəyişdirilməsi təyinat yerinə daha maneəsiz çatmağınıza kömək edir.
Kontaktsız yardım üçün XC40 Recharge modelinizdə Google ilə danışın. Asanlıqla istiqamətlər əldə edin, əyləncədən həzz alın və dostlarınız, ailəniz və həmkarlarınızla əlaqə saxlayın – başlamaq üçün sadəcə “Ey Google” deyin.
Rəqəmsal həyatınızla əlaqədə qalın. Xalis elektriklə çalışan XC40 Recharge avtomobilinizdə Google Play sizə hər səyahəti daha əyləncəli və rahat edə biləcək tətbiq və xidmətlərdən yararlanmağa imkan verir.
Xalis elektriklə çalışan XC40 Recharge avtomatik olaraq naqilsiz şəbəkə vasitəsilə yeniləmələri alır və zaman keçdikcə təkmilləşən və həmişə yenilənən avtomobildən həzz almanızı təmin edir.
Həmişə Volvo təcrübənizi təkmilləşdirməyə çalışaraq, biz daim yeni və faydalı avtomobildaxili tətbiqlər təqdim edirik, səyahətinizi daha rahat, daha əyləncəli, getdikcə daha xoş və çox güman ki, tamamilə əngəlsiz hala gətiririk.
Xalis elektriklə çalışan XC40 Recharge modelinə tam şəkildə inteqrasiya olunmuş Google Maps ilə real vaxt rejimində yol hərəkəti ilə bağlı məlumat və avtomatik marşrutun dəyişdirilməsi təyinat yerinə daha maneəsiz çatmağınıza kömək edir.
Google xidmətləri dörd illik təqdim olunan Rəqəmsal xidmətlər paketi vasitəsilə aktivləşdirilir. Bu müddət bitdikdən sonra yeniləməyi seçdiyiniz təqdirdə, yeni şərtlər və rüsumlar tətbiq olunacaq.
Bütün məlumatları daxil edərək Rəqəmsal xidmətlər paketimiz sizi, xalis elektriklə çalışan XC40 Recharge avtomobilinizi və rəqəmsal həyatınızı rahat şəkildə harmonizə edir.
Faydalı, fərdiləşdirilmiş və qüsursuz sürücülük təcrübəsi üçün Google Assistant, Google Maps və s. kimi sevimli tətbiqlərinizi birbaşa avtomobilinizdə Google Play-də əldə edəcəksiniz.
Rahatlığı optimallaşdırın və Volvo-dan daha çox yararlanın. Rəqəmsal xidmətlər paketimizə Volvo Cars tətbiqi vasitəsilə uzaqdan idarəetmə xidmətləri daxildir.
Tam elektrikli C40 Recharge avtomobili Rəqəmsal xidmətlər paketinə dörd illik abunə ilə təqdim olunur. Bu müddət bitdikdən sonra yeniləməyi seçdiyiniz təqdirdə, yeni şərtlər və rüsumlar tətbiq olunacaq.
Tam elektrikli C40 Recharge avtomobili Rəqəmsal xidmətlər paketinə dörd illik abunə ilə təqdim olunur. Bu müddət bitdikdən sonra yeniləməyi seçdiyiniz təqdirdə, yeni şərtlər və rüsumlar tətbiq olunacaq.
Bizim müasir sürücüyə yardım texnologiyamız avtomobili daha rahat sürməyə imkan verir. O, sürətinizi uyğunlaşdırmaqla və xoş şəkildə sükanarxası yardım ilə sizi zolağın mərkəzində saxlamaqla qarşıdakı avtomobillərlə təhlükəsiz məsafəni saxlamağa kömək edə bilər. O, həm də dayanıb-getmə hərəkəti zamanı faydalıdır və hətta dayanmadan sonra avtomobilin sizsiz irəliləməsi barədə xəbərdarlıq edə bilər.
Rəqəmsal xidmətlər paketinə abunə olun və Volvo Cars tətbiqində kilidləmə və kilidin açılması, salonun əvvəlcədən təmizlənməsi, isitmə və ya soyutma, qoşulmanın başlanması daxil olmaqla bütün uzaqdan idarəetmə xidmətlərinə tam girişdən həzz alın.*
Müasir hava təmizləyici sistemimiz təhlükəli PM 2,5 hissəciklərinin 80%-ə qədərinin salona daxil olmasının qarşısını alır. Bu, sizə və sərnişinlərinizə ətraf şəraitdən asılı olmayaraq, daha yaxşı və sağlam hava keyfiyyətindən zövq almağa kömək edə bilər. Siz hətta avtomobilin xaricində olan hissəcikləri və toz səviyyələrini izləyə bilərsiniz.
Thor's Hammer firma dizaynındakı piksel işıqları digər yol istifadəçilərinin gözlərini qamaşdırmadan görmə qabiliyyətinizi optimallaşdırmağa kömək etmək üçün nəzərdə tutulub. Onlar bunu hər bir fara blokunda 84 Pikselli LED işıqlardan istifadə edərək, XC40 Recharge avtomobilinin qarşısındakı yol hərəkətinə uyğunlaşaraq qarşıdakı yolu səmərəli şəkildə işıqlandırmaqla edirlər.
Bizim müasir sürücüyə yardım texnologiyamız avtomobili daha rahat sürməyə imkan verir. O, sürətinizi uyğunlaşdırmaqla və xoş şəkildə sükanarxası yardım ilə sizi zolağın mərkəzində saxlamaqla qarşıdakı avtomobillərlə təhlükəsiz məsafəni saxlamağa kömək edə bilər. O, həm də dayanıb-getmə hərəkəti zamanı faydalıdır və hətta dayanmadan sonra avtomobilin sizsiz irəliləməsi barədə xəbərdarlıq edə bilər.
* Volvo Cars tətbiqinin uzaqdan xidmətləri dörd il müddətinə əhatə olunan Rəqəmsal xidmətlər paketi vasitəsilə aktivləşdirilir. Bu müddət bitdikdən sonra yeniləməyi seçdiyiniz təqdirdə, yeni şərtlər və rüsumlar tətbiq olunacaq.
Bu premium istəyə bağlı audio sistemi ətrafınızda duya biləcəyiniz zərif səs performansı təqdim edir. Janrdan asılı olmayaraq, o, sizi xəyallara daldırır, hərəkətə gətirir və hər andan həzz almağa imkan verir.
Sistem 600 Vt rəqəmsal gücləndirici ilə təchiz edilib və hava ilə ventilyasiya olunan sabvufer də daxil olmaqla 13 hi-fi dinamikləri ilə işləyir. Volvo-nun interyer akustikasına uyğunlaşdırılmış güclü, əhatəli səs təcrübəsi sizi gözləyir.
Unikal səs emalı üçün proqram təminatı – Dirac® Unison Tuning – hər bir fərdi dinamikin, eləcə də bir sistem olaraq dinamiklərin reaksiyasını optimallaşdırır və onların mükəmməl harmoniyada işləməsini təmin edir.
360° görünüş təmin edən dörd kamera və avtomobilin yanında obyektlərlə bağlı məlumatlılığı artıran yan sensorlarla sistemimiz məhdud ərazilərdə belə sizə arxayın şəkildə park etməkdə kömək edə bilər.
Avtomatik əyləc ilə avtomobilin cross traffic alert funksiyası məhdud görünüşlə geri dönərkən sürücünü dəstəkləyir. Sistem arxadan keçən avtomobilləri aşkarlaya bilər və ehtiyac olduqda avtomatik əyləc tətbiq edilə bilər.*
Görünməyən zonaların monitorinqi sistemimiz (BLIS) zolaqları dəyişən zaman sizə aktiv şəkildə dəstək olur. Bitişik zolaqda digər nəqliyyat vasitələri ilə toqquşma riski varsa, BLIS sükanı səliqəli şəkildə tənzimləyə bilər, bu da sizi, avtomobilinizi və sevdiklərinizi istədiyiniz yerdə saxlamağa kömək edir.
Volvo avtomobiliniz sükan vasitəsilə incə hissedilməz vibrasiya göndərə və istəmədən zolaqdan çıxmağa başladığınız təqdirdə, sizi mərkəzə yönəltməyə kömək edə bilər.
Ağıllı təhlükəsizliyə yardım texnologiyamız gecə və ya gündüz olmasından asılı olmayaraq, digər nəqliyyat vasitələri, piyadalar, velosipedçilər və böyük heyvanları aşkarlamağınıza və onlardan uzaqlaşmağınıza kömək edə bilər. Bunu əvvəlcə sürücüyə xəbərdarlıq edərək, sonra isə sürücü reaksiya verə bilmədiyi təqdirdə avtomatik tormoz verərək edir.**
Müasir kuzov strukturu və akkumulyatorun unikal təhlükəsizlik karkası toqquşma zamanı bütün sərnişinləri qorumaq və digər nəqliyyat vasitələrinin sərnişinlərini qorumaq üçün nəzərdə tutulmuşdur.
360° görünüş təmin edən dörd kamera və avtomobilin yanında obyektlərlə bağlı məlumatlılığı artıran yan sensorlarla sistemimiz məhdud ərazilərdə belə sizə arxayın şəkildə park etməkdə kömək edə bilər.
* Sürücüyə dəstək funksiyalarının mövcudluğu heç bir halda sürücünün diqqətini və məsuliyyətini əvəzləyə bilməz. Bəzi şəraitlərdə cross traffic alert funksiyası məhdud funksionallığa malik olur. Əyləc funksiyasının müdaxiləsi belə, müəyyən sürət həddinə kimidir.
** Avtomobillə eyni istiqamətdə hərəkət edən avtomobillər, piyadalar və velisopedçiləri müəyyən sürətlərdə və müəyyən şəraitlərdə aşkarlamaq mümkündür. Aşkarlama sistemləri işıqlandırılan obyektlərdən asılıdır və qaranlıq olduqda avtomobilin ön və arxa işıqlarının yanılı olması tələb olunur. Sürücü hər zaman avtomobilin təhlükəsiz idarə olunmasından məsuldur.
Təmiz elektrik
Dəridən olmayan interyer və daxildə qurulmuş Google tətbiqi ilə ilk tam elektrikli krossoverimizi kəşf edin.
Təmiz elektrik
Dəridən olmayan interyer və daxildə qurulmuş Google tətbiqi ilə ilk tam elektrikli krossoverimizi kəşf edin.
Təsvir edilən xüsusiyyətlər standart olmaya bilər, yaxud bütün avadanlıq səviyyələri və güc aqreqatı seçimləri üçün mövcud olmaya bilər.
Google, Google Play və Google Maps tətbiqləri Google LLC şirkətinin əmtəə nişanlarıdır.