Məxfilik Bildirişi - Müştəri sorğuları
Qüvvəyə minmə tarixi:
Dərc olunub:
Bu sənəd istehlakçı sorğularımızdan birində (bundan sonra “İstehlakçı Sorğusu”) iştirak etdiyiniz zaman Volvo Cars-ın (aşağıda müəyyən edildiyi kimi) şəxsi məlumatlarınızı necə emal etdiyini təsvir edir.
Aşağıda bu məlumatları tapa bilərsiniz:
1. Biz kimik
İstehlakçı Sorğuları ilə əlaqədar şəxsi məlumatların emalı üçün birgə cavabdeh olan qurumlar Assar Gabrielssons Väg, 40531 Göteborq, İsveç ünvanında yerləşən, 556074-3089 qeydiyyat nömrəli Volvo Car Corporation və Əhməd Rəcəbli küç., 40, Bakı, Azərbaycan ünvanında yerləşən, 1504698741 qeydiyyat nömrəli Scandinavian Auto QSC-dir. Bundan sonra "Volvo Cars", "biz" və ya "bizə" adlandırılacaq.
2. Hansı şəxsi məlumatları toplayırıq və nə üçün
İstehlakçı Sorğumuzda iştirak etdiyiniz zaman biz sizin haqqınızda aşağıdakı məlumat kateqoriyalarını emal edirik:
- Ad, e-poçt ünvanı, telefon nömrəsi, xitab forması, yaş, cins, poçt indeksi və şəhər kimi identifikatorlar.
İstehlakçı Sorğusunu göndərmək və istehlakçı performansını seqmentləşdirmə ilə qiymətləndirmək üçün bu məlumatları emal edirik. Verilənlər sorğu cavabınızın əlaqəli olduğu biznes məqsədini və müştəri təcrübəsini yaxşılaşdırmaq üçün qanuni marağımız əsasında emal edilir.
- Avtomobilin növü, Avtomobilin İdentifikasiya Nömrəsi (AİN) və qeydiyyat nömrəsi (REG) kimi Avtomobil məlumatlarınız.
Sahə fəaliyyətini və zəmanət performansını qiymətləndirmək üçün qanuni marağımıza əsaslanaraq bu məlumatları emal edirik.
- Müqavilə növü, abunə nömrəsi, avtomobil əlaqəsi (müqavilə/satış növü başlanğıc və bitmə tarixi).
İstehlakçı Sorğusunu göndərmək, habelə ümumi biznes əməliyyatlarını və istehlakçı təcrübəsini təkmilləşdirməyə imkan verən seqmentləşdirmə yolu ilə istehlakçı performansını qiymətləndirmək üçün bu məlumatları emal edirik. Verilənlər sorğu cavabınızın əlaqəli olduğu biznes məqsədini və müştəri təcrübəsini yaxşılaşdırmaq üçün qanuni marağımız əsasında emal edilir.
- Açma/klikləmə göstəriciləri. Biz bu məlumatları statistik təhlil və diapazonun ölçülməsi, habelə istehlakçılarımızın maraqlarını anlamaq üçün emal edirik. Bu təhlil üçün e-poçt dəvətləri e-poçtların açılıb-açılmadığını və veb-saytımıza aparan kliklərin olub-olmadığını ölçən tək pikselli şəkil fayllarını göstərən veb-mayakları və ya izləmə piksellərini ehtiva edir. Məlumatlar ümumi sorğu performansını və sorğunun qarşılıqlı əlaqəsini anlamaq üçün qanuni marağımız əsasında emal edilir. Bu ölçmənin həyata keçirilməsini istəmirsinizsə, e-poçt proqramınızı şəkilləri/medianı avtomatik endirilməməyə təyin edə bilərsiniz.
3. Verilənlərinizi hansı müddətə saxlayırıq
Sorğu ilə bağlı rəy cavablarınız cavabınızı təqdim etdiyiniz vaxtdan beş (5) ilə qədər saxlanılacaq və bu müddətdən sonra o anonimləşdiriləcək.
Cavablarınızı təhlükəsiz saxlamaq məqsədilə rəy üçün dəvət sizə heç bir şəxsin daxil ola bilməyəcəyi fərdiləşdirilmiş sorğu anketi təqdim edir. Sorğunun veb-saytında və məlumat saxlama vasitələrimizdə nəzarətimiz altında olan məlumatların itirilməsi, sui-istifadəsi və dəyişdirilməsini qorumaq üçün təhlükəsizlik tədbirləri mövcuddur.
Yalnız müəyyən işçilərin bizə təqdim etdiyiniz şəxsi məlumatlara giriş imkanı var. Onların yalnız işin idarə edilməsi, məlumatların təhlili və keyfiyyətə nəzarət məqsədləri üçün giriş imkanı var.
4. Şəxsi məlumatlarınızı kiminlə paylaşdığımızı
Şəxsi məlumatlarınızı ehtiyac olduqda üçüncü tərəflərin aşağıdakı kateqoriyaları ilə paylaşacağıq:
- İT həlləri üzrə provayderlər kimi ümumilikdə fəaliyyətimizi dəstəkləyən emalçılarımız;
- Şəxsi məlumatlarınızı hər bir verilənlər emalı müqaviləsinə uyğun olaraq bizim üçün xidmətlər göstərməkdən başqa hər hansı bir məqsəd üçün istifadə etmək imkanları müqavilə ilə məhdudlaşdırılan, İstehlakçı Soğrularının çatdırılmasını dəstəkləyən emalçılarımız:
- Medallia, Inc. (Aİ, ABŞ) – müştəri təcrübəsinin idarə edilməsi.
Şəxsi məlumatlarınız seçdiyiniz pərakəndə satış mərkəzinə (əgər varsa) və Volvo Cars ilə eyni şirkətlər qrupuna daxil olan şirkətlərə açıqlanacaq və emal ediləcək. AİZ-dən kənarda yerləşən Volvo Cars ilə eyni şirkətlər qrupuna daxil olan şirkətlərlə münasibətdə biz şəxsi məlumatlarınızı Avropa Komissiyası tərəfindən qəbul edilmiş Standart Müqavilə Müddəaları əsasında ötürəcəyik.
5. Həyata keçirdiyimiz verilənlər emalı ilə əlaqədar hüquqlarınız
Verilənlərin Mühafizəsi üzrə Ümumi Qaydalara (VMÜQ) əsasən, sizin haqqınızda emal etdiyimiz şəxsi məlumatlarla bağlı xüsusi qanuni hüquqlarınız var. Bunlar aşağıda qısaca izah edilmişdir və aşağıda göstərilən xüsusi formanı dolduraraq onları həyata keçirə bilərsiniz.
- Razılığı geri çəkmək hüququ: Şəxsi məlumatlarınızın emalına razılıq verdiyiniz halda razılığınızı istənilən vaxt geri çəkə bilərsiniz (bu, gələcək əməliyyatlar üçün qüvvəyə minəcək).
- Şəxsi məlumatlarınıza daxil olmaq hüququ: Haqqınızda saxladığımız şəxsi məlumatlarla bağlı məlumatları bizdən istəyə bilərsiniz. Sorğu əsasında şəxsi məlumatlarınızın bir nüsxəsini sizə təqdim edəcəyik. Şəxsi məlumatlarınızın başqa nüsxələrini tələb etsəniz, o zaman sizdən inzibati xərclərə əsaslanaraq münasib xidmət haqqı tələb edə bilərik. Şəxsi məlumatlarınızı emal edib-etmədiyimizi və şəxsi məlumatarınızı Aİ və AİZ-dən kənarda yerləşən ölkəyə ötürüb-ötürmədiyimizi təsdiq etməyimiz üçün sorğu təqdim etsəniz, şəxsi məlumatlarınızın Aİ və AİZ-dən kənarda yerləşən ölkəyə ötürülməsi ilə bağlı həyata keçirdiyimiz təhlükəsizlik tədbirlər haqqında məlumat əldə etmək hüququnuz var.
- Düzəliş etmək hüququ: Sizin haqqınızda yanlış və ya natamam şəxsi məlumatların düzəldilməsini bizdən əldə edə bilərsiniz. Əlimizdə olan ən son məlumatlara əsaslanaraq, davamlı olaraq istifadə olunan, dəqiq, dolğun, cari və müvafiq olan şəxsi məlumatları əlimizdə və ya nəzarətimizdə saxlamaq üçün müvafiq səylər göstəririk.
- Məhdudlaşdırmaq hüququ: Aşağıdakı hallarda şəxsi məlumatlarınızın emalı ilə bağlı məhdudiyyətləri bizdən əldə edə bilərsiniz:
- şəxsi məlumatlarınızın dəqiqliyini yoxlamalı olduğumuz müddətdə onların dəqiqliyinə etiraz etmisinizsə,
- emal qanunsuzdur və şəxsi məlumatlarınızı silmək əvəzinə emalın məhdudlaşdırılmasını tələb edirsinizsə,
- emal məqsədi ilə artıq şəxsi məlumatlarınıza ehtiyacımız yoxdur, ancaq qanuni iddiaların təşkili, həyata keçirilməsi və ya müdafiəsi üçün onları tələb edirsinizsə və ya
- qanuni əsaslarımızın sizin maraqlarınızdan üstün olub-olmadığını yoxlayarkən emalar etiraz edirsinizsə.
- Portlaşdırmaq hüququ: Aşağıdakı hallarda bizə təqdim etdiyiniz şəxsi məlumatlarınızı qəbul etmək və texniki cəhətdən mümkün olduqda şəxsi məlumatlarınızı (bizə təqdim etdiyiniz) başqa bir təşkilata ötürməyimizi istəmək hüququnuz var:Şəxsi məlumatlarınızı strukturlaşdırılmış, tez-tez istifadə olunan və maşın tərəfindən oxunan formatda əldə etmək hüququnuz var. Şəxsi məlumatlarınızı əldə etmək hüququnuz digər insanların hüquq və azadlıqlarına mənfi təsir göstərməməlidir. Şəxsi məlumatlarınızın bizdən başqa bir təşkilata ötürülməsi hüququnuz bu cür ötürülmə texniki cəhətdən mümkün olduğu təqdirdə sahib olduğunuz bir hüquqdur.
- şəxsi məlumatlarınızı avtomatlaşdırılmış vasitələrlə emal ediriksə;
- şəxsi məlumatlarınızın emalını sizin razılığınızla əsaslandırırıqsa və ya şəxsi məlumatlarınızı emal etməyiniz tərəf olduğunuz bir müqavilənin icrası üçün zəruridirsə;
- şəxsi məlumatlarınızı bizə siz təqdim etmisinizsə; və
- portlaşdırmaq hüququnuz digər insanların hüquq və azadlıqlarına mənfi təsir göstərmirsə.
- Silmək hüququ: Sizin haqqınızda emal etdiyimiz şəxsi məlumatların silinməsini tələb etmək hüququnuz var. Emal aşağıdakılar üçün zəruri olmadığı təqdirdə, şəxsi məlumatlarınızı emal ediriksə, bu tələbə əməl etməliyik:
- ifadə və məlumat azadlığı hüququnun istifadəsi üçün;
- tabe olduğumuz Birlik və ya Üzv Dövlət qanunvericiliyi tərəfindən emalı tələb edən hüquqi öhdəliyə riayət etmək üçün;
- ictimai maraq, elmi və ya tarixi araşdırma və ya statistik məqsədlərlə arxivləşdirmə üçün; və ya
- hüquqi iddiaların təşkili, həyata keçirilməsi və ya müdafiəsi üçün.
- Etiraz etmək hüququ: Şəxsi vəziyyətinizə görə şəxsi məlumatlarınızın emalına hər zaman etiraz edə bilərsiniz, bir şərtlə ki, emal sizin razılığınız əsasında deyil, qanuni maraqlarımız və ya üçüncü tərəfin maraqları əsasında həyata keçirilsin. Bu halda, hüquqi iddiaların emalı və ya təşkili, həyata keçirilməsi və ya müdafiəsi üçün ciddi qanuni əsaslar və mühüm maraq təqdim edə bilmədiyimiz təqdirdə şəxsi məlumatlarınızı artıq emal etməyəcəyik. Emala etiraz etsəniz, şəxsi məlumatlarınızın silinməsini istəyib-istəmədiyinizi də bildirin, əks halda biz bu məlumatları yalnız məhdudlaşdıracağıq. Bu cür emal qanuni maraqlarımıza əsaslanırsa, şəxsi məlumatlarınızın birbaşa marketinq üçün emal edilməsinə hər hansı bir səbəbdən asılı olmayaraq istənilən vaxt etiraz etmək hüququnuz var (buraya bu cür birbaşa marketinqlə əlaqəli olduğu qədər profilləşdirmə də daxildir). Marketinq sizin razılığınıza əsaslanırsa, razılığı geri çəkə bilərsiniz (yuxarıya baxın).
- Şikayət etmək hüququ: Məlumatların mühafizəsi üzrə yerli nəzarət orqanına və ya Aİ-dəki məlumatların mühafizəsi üzrə hər hansı digər orqana şikayət təqdim edə bilərsiniz. Ancaq probleminizi həll etmək üçün əvvəlcə bizimlə əlaqə saxlasanız, çox şad olarıq - əlaqə məlumatlarımızı aşağıda tapa bilərsiniz.
Bu formanı dolduraraq (əvvəlcə ölkənizi və ya regionunuzu seçin, sonra onlayn formanı açın və doldurun) bizimlə bağlı hüquqlarınızı həyata keçirə bilərsiniz. Bu, sorğunuzu düzgün idarə etməyimizə kömək edəcək. Onlayn forma şəxsiyyətinizi yoxlamaq və sorğunuzu nəzərdən keçirmək üçün lazım olan məlumatları ehtiva edir. Telefonla və ya e-poçtla göndərilən sorğular üçün şəxsi məlumatlarını topladığımız şəxs olduğunuzu əsaslı şəkildə təsdiqləməyimiz və sorğunuzu düzgün qiymətləndirməyimiz, habelə ona cavab verməyimiz üçün sorğunu kifayət qədər ətraflı təsvir edən yetərincə məlumat təqdim etməlisiniz. Təqdim olunan məlumatlarla giriş və silmə sorğuları üçün kimliyinizi təsdiq edə bilməsək, sizdən əlavə məlumatlar istəyə bilərik.
Bu bildirişdə qeyd olunan bütün birgə nəzarətçilərlə əlaqədar olaraq bu hüquqlardan istifadə edə bilərsiniz.
6. Əlaqə məlumatları
Hüquqlarınızdan istifadə etmək üçün yuxarıda qeyd edilmiş veb-formadan istifadə edin. Şəxsi məlumatların mühafizəsi məsələsi ilə bağlı hər hansı digər sualınız varsa, burada qeyd olunan əlaqə məlumatlarından istifadə etməklə bu məxfilik bildirişində birgə nəzarətçi kimi göstərilən Scandinavian Auto QSC ilə birbaşa olaraq əlaqə saxlaya bilərsiniz: https://www.volvocars.com/az/v/legal/contact-us.
Siz həmçinin Volvo Car Corporation-nın Verilənlərin Mühafizəsi üzrə Məsul Şəxsi ilə aşağıdakı kimi əlaqə saxlaya bilərsiniz:
Şirkət: Volvo Car Corporation
Poçt ünvanı: Volvo Car Corporation, Assar Gabrielssons Väg, SE-405 31 Göteborq, İsveç
E-poçt ünvanı: globdpo@volvocars.com
7. Məxfilik Bildirişimizə dəyişikliklərin edilməsi
Biz öz mülahizəmizə əsasən istənilən vaxt məxfilik təcrübələrimizi dəyişdirmək, habelə bu məxfilik bildirişini yeniləmək və dəyişiklik etmək hüququmuzu saxlayırıq. Bu səbəbdən bu məxfilik bildirişinə davamlı şəkildə istinad etməyinizi tövsiyə edirik. Bu məxfilik bildirişi sənədin yuxarı hissəsində göstərilmiş tarixdən etibarən qüvvədədir. Şəxsi məlumatlarınıza fərqli bir şəkildə yanaşmağımız barədə razılığınız olmadığı təqdirdə, onlara toplandıqları məxfilik bildirişinə uyğun şəkildə yanaşacağıq.