Məxfilik Bildirişi – Volvo ID
Qüvvəyə minmə tarixi:
Dərc olunub:
Bu sənəd Volvo Cars rəqəmsal ekosistemindəki (bundan sonra "Volvo ID") xidmətlərə giriş imkanı əldə etmək üçün Volvo ID-nizi yaratdığınız və istifadə etdiyiniz zaman Volvo Cars şirkətinin (aşağıda göstərildiyi kimi) şəxsi məlumatlarınızı necə emal etdiyini təsvir edir.
Aşağıda bu məlumatları tapa bilərsiniz:
1. Biz kimik
Volvo ID-nizin yaradılması və istifadəsi ilə əlaqəli şəxsi məlumatların emalına görə Assar Gabrielssons Väg, SE-405 31, Göteborq, İsveç ünvanında qeydiyyatdan keçmiş ofisi olan və 556074-3089 şirkət qeydiyyatı nömrəli Volvo Car Corporation (bundan sonra "Volvo Cars", "biz" və ya "bizim" adlandırılacaq) şirkəti məsuliyyət daşıyır.
2. Hansı şəxsi məlumatları toplayırıq və nə üçün
Volvo Cars rəqəmsal ekosistemindəki xidmətlərə giriş imkanı əldə etmək üçün Volvo ID-nizin yaradılması və istifadəsi aşağıdakı şəxsi məlumatların emalını əhatə edir:
Xidmətlərimizdə hesab yaratmaq, sizə Volvo Car Xidmətlərinə giriş mkanı təmin etmək, habelə Volvo ID-nizlə əlaqədar olaraq sizinlə əlaqə saxlamaq üçün identifikatorlarınızı (məsələn, ad və soyad, telefon nömrəsi, üstünlük verilən dil, ölkə, e-poçt ünvanı və parol) toplayırıq. Bu verilənlər emalının hüquqi zəmini Volvo Cars ilə bağladığınız müqavilənin ((Maddə 6.1.b) VMÜQ) icrasıdır.
Volvo ID-nin və ona bağlı xidmətlərin ümumi məlumatını Volvo ID Portalında təqdim etmək üçün Volvo ID-ni, avtomobil məlumatlarını (AİN, avtomobil detalları) və Volvo ID-yə bağlı xidmətlərinizi emal edirik. Bu emalın hüquqi əsası Volvo ID ilə əlaqəli bütün avtomobilləri və xidmətləri təsvir etmək üçün qanuni maraqdır ((Maddə 6.1.f) VMÜQ).
Şəxsi məlumatlarınızı məhsulumuzun etibarlılığını artırmaq üçün Volvo ID-nizin yaradılması və ya istifadəsi ilə əlaqədar olaraq nasazlıqları aradan qaldırmaq məqsədilə emal edirik. Daha sonra Volvo ID-nizin bir hissəsindən (istifadəçi adı və istifadəçi ID-si) istifadə edirik. Bunun hüquqi zəmini sizə sabit və etibarlı məhsul təmin etməkdəki qanuni marağımızdır ((Maddə 6.1.f) VMÜQ).
3. Verilənlərinizi hansı müddətə saxlayırıq
Şəxsi məlumatlarınızı qeydiyyatdan keçmiş Volvo ID-niz olduğu müddət boyunca saxlayacağıq. Volvo ID-nizi silsəniz (bunu Volvo ID Portalı vasitəsilə edə bilərsiniz), Volvo ID əlaqələndirilmiş məlumatlarla birlikdə silinmə tələbinizdən otuz (30) gün sonra silinəcək.
4. Şəxsi məlumatlarınızı kiminlə paylaşdığımızı
Volvo ID təqdim etməyi dəstəkləyən emalçı kateqoriyalarımız bunlardır:
- hesab yaratma və əsllik yoxlama xidməti provayderi;
- məlumat hostinqi
- e-poçt və sms-lərin paylanması
- problemlərin aradan qaldırılması üzrə xidmət provayderi
Onlar şəxsi məlumatlarınızı hər bir məlumat emalı müqaviləsinə uyğun olaraq bizə xidmət göstərməkdən başqa hər hansı bir məqsəd üçün istifadə etmək imkanı müqavilə ilə məhdudlaşdırılmışdır. Bu vəziyyətlərin bəzilərində emalçıların istifadəsi şəxsi məlumatların Avropa İttifaqı xaricində məhdud şəkildə ötürülməsini nəzərdə tutur. Bu cür köçürmələrin zəruri olan minimum həddə məhdudlaşdırılması və yalnız sizi birbaşa müəyyən edə bilməyən və buna görə də icazəsiz açıqlama halında çox aşağı bir riskə səbəb olan məlumatları ehtiva etməsi üçün tədbirlər gördük.
5. Həyata keçirdiyimiz verilənlər emalı ilə əlaqədar hüquqlarınız
Məlumat subyekti olaraq sizin haqqınızda emal etdiyimiz şəxsi məlumatlarla əlaqədar olaraq Verilənlərin Mühafizəsi üzrə Ümumi Qaydalar ilə verilmiş xüsusi qanuni hüquqlarınız var. Bunlar aşağıda qısaca izah edilmişdir və aşağıda göstərilən xüsusi formanı dolduraraq onları həyata keçirə bilərsiniz.
- Razılığı geri çəkmək hüququ: Şəxsi məlumatlarınızın emalına razılıq verdiyiniz halda razılığınızı istənilən vaxt geri çəkə bilərsiniz (bu, gələcək əməliyyatlar üçün qüvvəyə minəcək).
- Şəxsi məlumatlarınıza daxil olmaq hüququ: Sizin haqqınızda saxladığımız şəxsi məlumatlar ilə bağlı məlumat istəyə bilərsiniz. Sorğu əsasında şəxsi məlumatlarınızın bir nüsxəsini sizə təqdim edəcəyik. Şəxsi məlumatlarınızın başqa nüsxələrini tələb etsəniz, o zaman sizdən inzibati xərclərə əsaslanaraq münasib xidmət haqqı tələb edə bilərik. Şəxsi məlumatlarınızı emal edib-etmədiyimizi və şəxsi məlumatarınızı Aİ və AİZ-dən kənarda yerləşən ölkəyə ötürüb-ötürmədiyimizi təsdiq etməyimiz üçün sorğu təqdim etsəniz, şəxsi məlumatlarınızın Aİ və AİZ-dən kənarda yerləşən ölkəyə ötürülməsi ilə bağlı həyata keçirdiyimiz təhlükəsizlik tədbirlər haqqında məlumat əldə etmək hüququnuz var.
- Düzəliş etmək hüququ: Sizin haqqınızda yanlış və ya natamam şəxsi məlumatların düzəldilməsini bizdən əldə edə bilərsiniz. Əlimizdə olan ən son məlumatlara əsaslanaraq, davamlı olaraq istifadə olunan, dəqiq, dolğun, cari və müvafiq olan şəxsi məlumatları əlimizdə və ya nəzarətimizdə saxlamaq üçün müvafiq səylər göstəririk.
- Məhdudlaşdırmaq hüququ: Aşağıdakı hallarda şəxsi məlumatlarınızın emalı ilə bağlı məhdudiyyətləri bizdən əldə edə bilərsiniz:
- şəxsi məlumatlarınızın dəqiqliyini yoxlamalı olduğumuz müddətdə onların dəqiqliyinə etiraz etmisinizsə,
- emal qanunsuzdur və şəxsi məlumatlarınızı silmək əvəzinə emalın məhdudlaşdırılmasını tələb edirsinizsə,
- emal məqsədi ilə artıq şəxsi məlumatlarınıza ehtiyacımız yoxdur, ancaq qanuni iddiaların təşkili, həyata keçirilməsi və ya müdafiəsi üçün onları tələb edirsinizsə və ya
- qanuni əsaslarımızın sizin maraqlarınızdan üstün olub-olmadığını yoxlayarkən emalar etiraz edirsinizsə.
- Portlaşdırmaq hüququ: Aşağıdakı hallarda bizə təqdim etdiyiniz şəxsi məlumatlarınızı qəbul etmək və texniki cəhətdən mümkün olduqda şəxsi məlumatlarınızı (bizə təqdim etdiyiniz) başqa bir təşkilata ötürməyimizi istəmək hüququnuz var: Şəxsi məlumatlarınızı strukturlaşdırılmış, tez-tez istifadə olunan və maşın tərəfindən oxunan formatda əldə etmək hüququnuz var. Şəxsi məlumatlarınızı əldə etmək hüququnuz digər insanların hüquq və azadlıqlarına mənfi təsir göstərməməlidir. Şəxsi məlumatlarınızın bizdən başqa bir təşkilata ötürülməsi hüququnuz bu cür ötürülmə texniki cəhətdən mümkün olduğu təqdirdə sahib olduğunuz bir hüquqdur.
- şəxsi məlumatlarınızı avtomatlaşdırılmış vasitələrlə emal ediriksə;
- şəxsi məlumatlarınızın emalını sizin razılığınızla əsaslandırırıqsa və ya şəxsi məlumatlarınızı emal etməyiniz tərəf olduğunuz bir müqavilənin icrası üçün zəruridirsə;
- şəxsi məlumatlarınızı bizə siz təqdim etmisinizsə; və
- portlaşdırmaq hüququnuz digər insanların hüquq və azadlıqlarına mənfi təsir göstərmirsə.
- Silmək hüququ: Sizin haqqınızda emal etdiyimiz şəxsi məlumatların silinməsini tələb etmək hüququnuz var. Emal aşağıdakılar üçün zəruri olmadığı təqdirdə, şəxsi məlumatlarınızı emal ediriksə, bu tələbə əməl etməliyik:
- ifadə və məlumat azadlığı hüququnun istifadəsi üçün;
- tabe olduğumuz Birlik və ya Üzv Dövlət qanunvericiliyi tərəfindən emalı tələb edən hüquqi öhdəliyə riayət etmək üçün;
- ictimai maraq, elmi və ya tarixi araşdırma və ya statistik məqsədlərlə arxivləşdirmə üçün; və ya
- hüquqi iddiaların təşkili, həyata keçirilməsi və ya müdafiəsi üçün.
- Etiraz etmək hüququ: Şəxsi vəziyyətinizə görə şəxsi məlumatlarınızın emalına hər zaman etiraz edə bilərsiniz, bir şərtlə ki, emal sizin razılığınız əsasında deyil, qanuni maraqlarımız və ya üçüncü tərəfin maraqları əsasında həyata keçirilsin. Bu halda, hüquqi iddiaların emalı və ya təşkili, həyata keçirilməsi və ya müdafiəsi üçün ciddi qanuni əsaslar və mühüm maraq təqdim edə bilmədiyimiz təqdirdə şəxsi məlumatlarınızı artıq emal etməyəcəyik. Emala etiraz etsəniz, şəxsi məlumatlarınızın silinməsini istəyib-istəmədiyinizi də bildirin, əks halda biz bu məlumatları yalnız məhdudlaşdıracağıq. Bu cür emal qanuni maraqlarımıza əsaslanırsa, şəxsi məlumatlarınızın birbaşa marketinq üçün emal edilməsinə hər hansı bir səbəbdən asılı olmayaraq istənilən vaxt etiraz etmək hüququnuz var (buraya bu cür birbaşa marketinqlə əlaqəli olduğu qədər profilləşdirmə də daxildir). Marketinq sizin razılığınıza əsaslanırsa, razılığı geri çəkə bilərsiniz (yuxarıya baxın).
- Şikayət etmək hüququ: Məlumatların mühafizəsi üzrə yerli nəzarət orqanına və ya Aİ-dəki məlumatların mühafizəsi üzrə hər hansı digər orqana şikayət təqdim edə bilərsiniz. Ancaq probleminizi həll etmək üçün əvvəlcə bizimlə əlaqə saxlasanız, çox şad olarıq - əlaqə məlumatlarımızı aşağıda tapa bilərsiniz.
Sorğunuzu düzgün şəkildə həll etməyimizə kömək edəcək bu formanı dolduraraq bizimlə əlaqədar hüquqlarınızı həyata keçirə bilərsiniz. Onlayn forma şəxsiyyətinizi yoxlamaq və sorğunuzu nəzərdən keçirmək üçün lazım olan məlumatları ehtiva edir. Telefonla və ya e-poçtla göndərilən sorğular üçün şəxsi məlumatlarını topladığımız şəxs olduğunuzu əsaslı şəkildə təsdiqləməyimiz və sorğunuzu düzgün qiymətləndirməyimiz, habelə ona cavab verməyimiz üçün sorğunu kifayət qədər ətraflı təsvir edən yetərincə məlumat təqdim etməlisiniz. Təqdim olunan məlumatlarla giriş və silmə sorğuları üçün kimliyinizi təsdiq edə bilməsək, sizdən əlavə məlumatlar istəyə bilərik.
6. Əlaqə məlumatları
Hüquqlarınızı həyata keçirmək üçün yuxarıdakı 5-ci bölməyə baxın. Şəxsi məlumatların mühafizəsi ilə bağlı başqa suallarınız olarsa, aşağıdakı əlaqə məlumatlarından istifadə edərək bizimlə əlaqə saxlaya bilərsiniz:
Volvo Car Corporation
Poçt ünvanı: Assar Gabrielssons väg, SE-405 31, Göteborq, İsveç
E-poçt ünvanı: globdpo@volvocars.com
7. Məxfilik Bildirişimizə dəyişikliklərin edilməsi
Biz öz mülahizəmizə əsasən istənilən vaxt məxfilik təcrübələrimizi dəyişdirmək, habelə bu məxfilik bildirişini yeniləmək və dəyişiklik etmək hüququmuzu saxlayırıq. Bu bildirişə əhəmiyyətli dəyişikliklər etdiyimiz zaman və xüsusən də bu bildiriş sizin razılığınızın əsasını təşkil etdiyi zaman dəyişikliklər barədə sizə məlumat verəcəyik. Bu məxfilik bildirişi sənədin yuxarı hissəsində göstərilmiş tarixdən etibarən qüvvədədir.