2021-ci maliyyə ili üzrə maliyyə nəticələri: bütün dövlərin ən yüksək gəliri və rentabelliyi

2021-ci il üzrə güclü satış performansımız daha güclü maliyyə nəticəsinə çevrilib.

Heç kimə sirr deyil ki, 2021-ci il bir çox cəhətdən çətin il oldu. Hələ də tam məğlub edilməyən pandemiya, qeyri-müəyyən ticarət mühitinin səbəb olduğu qlobal təchizat zənciri, yarımkeçiricilərin olmaması; şübhəsiz, avtomobil sənayesində və şirkətimizdə daha yaxşı illərimiz olub.


Bu çətinliklərə baxmayaraq, yüksək nəticələr əldə etdik. Biz bütün il ərzində yüksək satış nəticələri əldə edərək müştərilərə 700.000-ə yaxın yeni "Volvo" avtomobili satdıq və bazar payımızı artırdıq.


Bugünkü hesabatımıza görə, maliyyə cəhətdən də yaxşı nəticə əldə etmişik. Fakiki olaraq, bütün təqvim ili üzrə həm gəlir, həm də rentabellik baxımından rekorda imza atmışıq.


2020-ci ildə 262,8 milyard İsveç kronu olan qlobal gəlirimiz 282 milyard İsveç kronuna yüksəldi, 2021-ci il üzrə əməliyyat gəlirlərimiz isə 2020-ci ildə 8,5 milyard İsveç kronu ilə müqayisədə 20,3 milyard İsveç kronu təşkil edib. Ümumi mənfəət marjası 7,2 faiz olmaqla, müvafiq olaraq, 8-10 faiz mənfəət marjasına nail olmaq kimi aralıq hədəfimizə yaxındır.

"2020-ci ildə 262,8 milyard İsveç kronu olan qlobal gəlirimiz 282 milyard İsveç kronuna yüksəldi, 2021-ci il üzrə əməliyyat gəlirlərimiz isə 2020-ci ildə 8,5 milyard İsveç kronu ilə müqayisədə 20,3 milyard İsveç kronu təşkil edib."

"Bu fürsətdən istifadə edərək bütün əməkdaşlarımıza göstərdikləri səylərə və birlikdə əldə etdiyimiz nailiyyətlərə görə təşəkkür edirəm", baş icraçı direktorumuz Hakan Samuelsson deyir. "Əməkdaşlıq və qətiyyətlilik sayəsində bu son on ildə böyük uğur əldə etdik. "Volvo Cars"ı hərəkətlilik sənayesini təhlükəsiz, dayanıqlı və fərdi şəkildə gələcəyə aparan və həm gəlirli, həm də dayanıqlı olmağın mümkün olduğunu göstərən markaya çevirdik."


Korporativ funksiyalar şöbəsinin rəhbəri Hanna Faqer və baş maliyyə direktorumuz Björn Anvalın yuxarıda filmdə qeyd etdiyi kimi, şübhəsiz, bu cür yüksək maliyyə nəticələri "Volvo"nun mükafat proqramına müsbət təsir göstərir. Bu il "Volvo Cars"ın bütün əməkdaşlarına mükafat veriləcək və ödəniş səviyyəsi illik mükafat hədəfinin 200 faizini təşkil etməklə, rekord səviyyəyə çatacaqdır.


Birillik zəhmətdən sonra bütün əməkdaşlarımız buna layiqdir.


Pres-relizi oxumaq üçün buraya daxil olun

Paylaş