2021-ci il üzrə yarımillik maliyyə nəticələri: rekord göstərici

Bu gün biz 94 illik tariximizdə satış və əməliyyat gəlirləri baxımından ən yaxşı yarımillik nəticələrimizi qeyd edirik.

Biz SUV və "Recharge" etiketli elektrikləşdirilmiş avtomobillərimizə olan böyük tələbat nəticəsində satış həcmi baxımından ilk altı ay üzrə rekord göstəriciyə imza atmışıq. Bu gün biz böyük sevinc hissi ilə bildiririk ki, güclü performansımız həmçinin güclü maliyyə nəticəsinə çevrilib.


Birinci yarımillikdə satışlarımıza qısaca nəzər salsaq, dünya üzrə 380.757 avtomobil satılıb. Bu, tariximizdə ən yaxşı yarımillik nəticədir. Pandemiyanın təsirinə məruz qalmış 2020-ci illə müqayisədə 41 faiz artım müşahidə olunub və pandemiyanın təsirindən uzaq daha müvafiq müqayisə üçün deyək ki, şirkət həmçinin 2019-cu ilin ilk altı ayı ilə müqayisədə 12 faizlik ciddi artıma imza atıb. 12 aylıq satış həcmimi təxminən 775.000 avtomobilə bərabərdir ki, bu da 10 il əvvəl qarşımıza hədəf qoyduğumuz 800.000-dən bir qədər azdır.


Bütün bu yeni avtomobillərin satışı nəticəsində 26,3 faizlik gəlirlə 141 milyard İsveç kronu dəyərində gəlir əldə olunub. Daha yüksək satış həcmi və gəlirlər həmçinin daha yüksək mənfəət deməkdir ki, bunu da törəmə şirkətlərimizdə xərclərin effektivliyi və müsbət nəticələr daha da artırıb. 13,2 milyard İsveç kronu dəyərində əməliyyat gəliri indiyə qədər hesabatlarımızda əks olunan ən yaxşı yarımillik maliyyə göstəricisidir. Əməliyyat marjası 9,4 faiz təşkil edib.


Heç də hər şey istədiyimiz kimi olmadı: qlobal səviyyədə yarımkeçirici çatışmazlığı ilin birinci yarısında bizə çətinlik yaratdı. Buna baxmayaraq, biz istehsal prosesini uyğunlaşdırdıq və bütün zavodlarlda müştəri tələbatına uyğun olaraq prioritetlərimizi dəyişdik. Bu, o deməkdir ki, biz müştərilərə satılan məhsullara təsiri azaltmağa nail olduq.


"Şirkət sənaye səviyyəsində yarımkeçirici çatışmazlığına baxmayaraq, inamla böyüməyə davam etdi, ancaq, daha vacibi, biz göstərdik ki, biz avtomobil sənayesində davam edən transformasiyanın lideriyik", "Volvo Cars"ın baş icraçı direktoru Hakan Samuelsson deyib.

"13,2 milyard İsveç kronu dəyərində əməliyyat gəliri indiyə qədər hesabatlarımızda əks olunan ən yaxşı yarımillik maliyyə göstəricisidir"

İlin birinci yarısında biz həmçinin tam elektrikli gələcəyimizlə bağlı əlavə addımlar atdıq. Şarj oluna bilən avtomobillər artıq qlobal satış həcmimizin dörddə birini təşkil edir və bu, bizi şarj oluna bilən avtomobillərin satış payı baxımından ənənəvi premium avtomobil istehsalçıları arasında liderə çevirir.


Tam elektrikləşdirməyə keçid çərçivəsində biz ikinci tam elektrik modelimiz olaz "Volvo" C40 "Recharge"ı təqdim etdik. Eyni zamanda, biz dəyişən müştəri davranışlarına uyğunlaşmaq üçün onlayn satış strategiyamızı gücləndirdik. Bu andan etibarən bütün tam elektrik modellər eksklüziv olaraq volvocars.com veb-saytından satılacaq və müştərilər istədikləri yerdən (evdən, "Volvo" studiyasında və ya pərakəndə satış mərkəzində) sifariş verə biləcəklər. Biz artıq bir neçə bazarda şəffaf və çevik müştəri təklifləri, o cümlədən texniki xidmət, köhnəlmə və aşılmanı əhatə edən qulluq paketləri, eləcə də sığorta xidməti ilə onlayn satışı həyata keçiririk. "Volvo Cars"ın abunəlik təklifi "Care by Volvo" proqramında ilk altı ay ərzində beş dəfə artım qeydə alınaraq 10.000-dən çox müqavilə imzalanıb.


Dayanıqlı batareyaların təmin edilməsi şirkətimizin transformasiyası üçün əsasdır. Buna görə, "Volvo Cars" yeni nəsil batareya eıementlərinin birgə hazırlanması və istehsalında strateji tərəfdaş kimi "Northvolt" şirkətiylə tərəfdaşlığa başlamağı planlaşdırır.

Elektrikləşdirmənin diqqətin mərkəzində qalmasını təmin etmək üçün biz həmçinin daxili yanacaq mühərriki üzrə əməliyyatları "Geely" holdinqi əsas səhmdar olmaqla, "Aurobay" adlı yeni şirkətə köçürürük. "Aurobay" vasitəsilə "Volvo Cars" əməkdaşlıqları həyata keçirəcək və şirkətimiz tam elektrikləşənə qədər hibrid güc aqreqatları üçün rəqabət qabiliyyətli daxili yanma mühərriklərinin təchizatını təmin edəcəyik.


May ayında İdarə Heyətimiz elan etdi ki, Heyət "Nasdaq" Stokholm birjasında ilkin kütləvi təklif ehtimalını dəyərləndirir. Dəyərləndirmə prosesi davam edir.


Hakan Samuelsson deyib: "Volvo Cars" uğurlu transformasiya üzrə on ildən çox təcrübəyə malikdir. Avtomobil sənayesi hər zamankından daha çox dəyişir və biz ən çox sürətlə dəyişən şirkət olmaq əzmindəyik."

Paylaş