2023-cü il "Volvo Cars" üçün coşqun və elektrikləşdirici artım ili oldu

Coşqun keçməsinə baxmayaraq yaddaqalan il olan 2023 sona çatır. Gəlin geriyə dönüb həmin ilin Volvo Cars üçün necə keçdiyinə nəzər salaq.

Milad ağacının qarşısında park edilmiş yük yeri hədiyyələrlə dolu boz rəngli Volvo EX90-ın fotoşəkli.

Milad ağacının qarşısında yük yeri hədiyyələrlə dolu boz rəngli Volvo EX90 park edilib.

2023 çox maraqlı il oldu! Bir neçə yeni elektrik avtomobilimizi təqdim etdik, gələcəyimizə müxtəlif kritik investisiyalar qoyduq, dayanıqlılıq hədəflərimizə doğru vacib addımlar atdıq, satış həcmimizin artdığını bəyan etdik və bütün bunlar coşqun və çətin xarici mühitdə baş verdi. Bu, bizi şirkət olaraq davamlı transformasiyamız üçün vacib il olacaq 2024-ə yaxşı hazırlayır.


Gəlin, əvvəlcə, gözəl yeni avtomobillərə göz gəzdirək. İyun ayında tam elektrikli kiçikölçülü SUV avtomobilimizi təqdim etdik ölçüləri kiçik, qüdrəti böyük EX30. Hətta müştərilərin EX30 modelini satın almaq imkanı əldə etmələrindən əvvəl belə, avtomobil böyük təəssürat yaratmış, müsbət rəylər toplamış və qlobal avtomobil mediası tərəfindən bir neçə mükafata layiq görülmüşdü . EX30 dayanıqlı materiallar, dizayn, həyatınızı daha zövqlü edəcək texnologiya və premium elektrik avtomobili üçün əlverişli qiyməti özündə birləşdirir.Daha sonra, payızda tam elektriklə işləyən ilk çoxtəyinatlı avtomobilimizi təqdim etdik. Volvo EM90 hərəkət edən Skandinaviya üslublu qonaq otağı kimidir. O, rahatlıq və dəbdəbəni müştərilərimizin gözlədikləri "Volvo Cars" keyfiyyəti ilə birləşdirir. EX30 və EM90 modelləri ilə brendimiz yeni bazar seqmentlərinə daxil olur və portfelimiz genişlənərək daha geniş kütlələrə təklif olunur.

2023 bizim üçün inkişaf ili oldu.

EX30 və EM90 modellərinin təqdimatı avtomobillərimizin populyarlığının artması fonunda baş tutdu. Noyabr ayı satışlarımızına artdığı ardıcıl 15-ci ay idi və tam elektrik avtomobillər bazarındakı payımız 16 faiz təşkil etməklə düzgün yolda olduğumuzu bariz şəkildə göstərir. Daha çox yeni avtomobili təqdim etdikcə və 2030-cu ilə qədər yalnız tam elektrikli avtomobillər satmaq hədəfimizə doğru irəlilədikcə növbəti illərdə də davam etməsini gözlədiyimiz bu tendensiya bizi daha da həvəsləndirir.

Yeni tam elektrikli modellərimiz ciddi investisiya qoyuluşlarını əks etdirir, ancaq biz öz gələcəyimizə bir çox digər yolla da yatırım etmişik. Məsələn, bütün bu yeni avtomobillərin bazar çıxarılması üçün infrastrukur lazımdır, buna görə biz Slovakiyada yeni istehsal zavodu tikirik. Biz həmçinin "Northvolt" şirkəti ilə batareya texnologiyaları sahəsində qurduğumuz birgə müəssisə çərçivəsində İsveçdə yeni batareya zavodunun tikintisinə başlamışıq.


Doğma şəhərimiz olan Göteborqda yeni və müasir proqram təminatı test mərkəzi açmış, Krakov və Sinqapurda proqram təminatı istehsalı ilə məşğul olan iki yeni texnoloji mərkəz yaradaraq qlobal texnoloji mərkəzlər şəbəkəmizə əlavə etmişik. Biz daxili proqram təminatı istehsalına investisiya qoyuruq, çünki strateji hədəflərimizə nail olmaq və müştərilərimizə daha yaxşı təcrübə yaşatmaq üçün avtomobillərimizin içərisindəki proqram təminatına nəzarət etmək çox vacibdir.


İlin digər vacib məqamlarına misal olaraq avtomobillərimizin bazar çıxarılması yollarını yenidən dizayn edəcək davam edən kommersiya transformasiyamızı və "Volvo Cars Energy Solutions" adlı yeni biznes bölməsinin açılışını göstərmək olar. Bütün bu strateji addımlar gələcəyimiz üçün vacib rol oynayır və 2024 davamlı strateji transformasiyamız üçün digər bir vacib il olacaqdır.


2024-cü ildə şirkətimizin tarixində ilk dəfə olaraq ən son texnologiyalarla təchiz olunmuş ən yeni tam elektrikli avtomobillərimizdən üçünü təqdim edəcəyik. EX30 və EM90 o cümlədən flaqman SUV modelimiz EX90 şirkətimizin gələcəyini təmsil etməklə yanaşı, həm də üç tam yeni seqmentə daxil olaraq müştəri bazamızı genişləndirməyimizə kömək edir.Onlar həmçinin iqlim dəyişikliyinə cavab olaraq gördüyümüz tədbirlərin vacib hissəsini təşkil edir. Tamamilə elektriklə çalışan və proqram təminatı ilə idarə olunan avtomobillərə keçid etməklə gələcəyin texnologiyalarına investisiya edir və keçmiş modellərlə vidalaşırıq. EX30 indiyə qədər bütün "Volvo" avtomobilləri arasında ən kiçik CO2 emissiyasına malik olması ilə seçilir və bizim iqlim dəyişikliyi ilə mübarizə baxımından hərəkət istiqamətimizi müəyyən edir.


2024-cü ildə davamlı makroiqtisadi coşqunluq və qeyri-müəyyənliyin şahidi ola bilərik. Buna baxmayaraq, biz bu çətinliklərlə üzləşməyə hazırıq və öz yolumuza davam edəcəyik. "Volvo"nun unikal məqsədi, mədəniyyəti və dəyərlərinə sadiq qalaraq şirkətimizin bütün əməkdaşlarının eyni strateji istiqamətdə irəliləmələrini təmin edəcəyik. Mürəkkəb və sürətlə dəyişən dünyada ümumi məqsədimiz və mədəniyyətimiz bizə kreativ olmaq, əməkdaşlığın gücündən faydalanmaq, fərqli olmaq və ən vacibi, daha yaxşı olmaq azadlığı verir.


Beləliklə, 2023-cü il çətin keçsə də, 2024-cü ilə tam hazırıq. İl ərzində göstərdikləri səylərə görə bütün əməkdaşlarımıza minnətdarlığımızı bildirir və "Volvo Cars" adından bayramlarını təbrik edirik.

Paylaş