Yeni baş icraçı direktorumuz Cim Rovandan məktub: komanda olaraq qalib gələcəyik

"Volvo Cars"ın baş icraçı direktoru kimi ilk iş günündə Cim Rovan yeni vəzifəsi, şirkətin mədəniyyəti və avtomobil sənayesinin ələcəyi barədə öz fikirlərini bölüşür.

Cim Rovan "Volvo Cars"ın baş icraçı direktor vəzifəsinə təyin olunub.

Cim Rovan "Volvo Cars"ın baş icraçı direktor vəzifəsinə təyin olunub.

Hər kəsə salam,


Bu gün həyatımda yeni mərhələyə qədəm qoyuram. Bu məni həddən artıq həyəcanlandırır. Məhz indi, möhtəşəm transformasiyanın ortasında "Volvo"nun üzvünə çevrilmək həddən artıq ilhamvericidir.


Mənə "Niyə "Volvo"ya qoşuldun?" sualı veriləndə cavabım belə olur. Bu imkan məni, sözün əsl mənasında, ruhlandırır. Növbəti illərdə sizinlə eyni yolda addımlamağı, hamınızla birgə çalışmağı, hərəkətliliyin yeni nəslində lider olan şirkət yaratmağı və şirkəti yeni zirvələrə qaldırmağı səbirsizklikıə gözləyirəm.


Mühəndislik və texnologiyanı sevsəm də, ənənəvi avtomobil sənayesinin tərəfdarı deyiləm. Məncə, bu, yaxşı cəhətdir. "Volvo" avtomobil sənayesini dərindən bilən və bütün lazımi bacarıqlara sahib olan insanlarla doludur. Bunun üçün sizin mənə ehtiyacınız yoxdur!


Mənim sizə qatmaq istədiyim hərəkətliliyin növbəti nəslinə keçid etdiyimiz üçün yüksək texnologiyalı isehlak məhsulları sənayesinə dair təcrübə və biliklərdir. Bunu ötən 95 il ərzində "Volvo" şirkətində qazandığımız istedad və biliklərlə birləşdirsək və bunu düzgün şəkildə etsək, düşünürəm ki, bu, həddən artıq effektiv kombinasiyaya çevriləcəkdir.


Bizim hər zaman öz tariximiz və irsimiz olacaq. İnsanlar "Volvo" brendinə inanır və bilir ki, o, orijinallıq və dürüstlüyü təmsil edir. Bunu heç kim təkrarlaya bilməz. Bununla belə, yeni nəsil avtomobil sənayesinin üslubu və gözləntiləri dəyişir. Əvvəllər, əsas üstünlük at gücü və silindrlərə verilirdi. İndi isə hər şeyi müştərilərimiz üçün daha asan və rahat hala gətirən daxili texnologiyaya daha çox üstünlük verilir. İstifadə olunan üslub daha inklüziv və mütərəqqi olub ki, bu da yaxşıdır.

Bizim hər zaman öz tariximiz və irsimiz olacaq. İnsanlar "Volvo" brendinə inanır və bilir ki, o, orijinallıq və dürüstlüyü təmsil edir. Bunu heç kim təkrarlaya bilməz. Bununla belə, yeni nəsil avtomobil sənayesinin üslubu və gözləntiləri dəyişir.

Bu, qarşıya qoyduğumuz hədəfdə öz əksini çox yaxşı tapıb: biz insanlara təhlükəsiz, dayanıqlı və fərdi şəkildə hərəkət etmək azadlığını təklif etmək istəyirik. Karbonsuz hərəkətliliyə nail olmaq və bu keçidə görə məsuliyyət daşımaq həddən artıq ruhlandırıcıdır. Bu, "Volvo" üçün düzgün addım olmaqla yanaşı, daha vacibi, cəmiyyət üçün düzgün addımr.


Bu, bizim üçün insan təhlükəsizliyinə planetimizin təhlükəsizliyi qədər əhəmiyyət verdiyimizi göstərmək vaxtıdır. Bu iki məsələ heç vaxt bu qədər vacib olmayıb və biz daha çoxunu etməyə davam edəcəyik. 100% elektrikləşmə və pilotsuz idarəetmənin təhlükəsiz tətbiqi ilə bağlı yanaşmamız bütün şirkəti əhatə edir və biz buna birilikdə nail olacağıq. Bununla belə, düşünürəmki, yeni nəsil avtomobil sənayesində fərdi element heç vaxt olmadığı qədər vacib olacaqdır. Müştərilərimizlə birbaşa əlaqə dayanıqlı, gəlirli inkişafa şərait yaradacaq və markamızın dəyərinə əlavə dəyər qatacaqdır.


"Volvo" avtomobili aldığınız və ya abunə olduğunuz zaman hələ də sağlam, etibarl, təhlükəsiz və yüksək keyfiyyətli avtomobil əldə edəcəksiniz. Bu, heç vaxt dəyişməyəcəkdir: biz onillər ərzində qazandığımız bütün əsas səriştələrə investisiya qoymağa və yeniliklər etməyə davam edəcəyik. Bununla belə, əgər buna bütün müştərilərimizə təklif etdiyimiz hərtərəfli və qüsursuz "Volvo" təcrübəsini əlavə etsək, "Volvo"nu onların daimi seçiminə çevirə bilərik. Sizi, sevdiklərinizi və ətrafı mühiti qorumaqla yanaşı, zövq, rahatlıq və tam ruhi sakitlik verən hərəkətlilik.


Son olaraq, mədəniyyətimiz barədə də bir neçə söz demək istəyirəm. İnam mənim üçün vacibdir. Mən bu öz işçilərinə inanan şirkət və əməkdaşlarımızın əsas məqsədlərimizə nail olmaq üçün öz mühakimə və bacarıqlarından istifadə etmək səlahiyyətinin olduğu, hər kəsə bərabər imkanlar verən mədəniyyət yaratmaq istəyirəm.


Bu, həmçinin o deməkdir ki, biz öz işçilərinin etimadını qazanan şirkətik. Köməyə ehtiyacınız olduqda nə olmasından asılı olmayaraq, sizin yanınızda olan bir şirkət. Əgər hər hansı problem olarsa, hər kəsin problemi açıq şəkildə bildirib onu həll etmək üçün kömək və istiqamət istəməkdən çəkinməməsini istəyirəm. Biz komanda halında qalib gələcəyik: heç kəsi barmaqla göstərməyə və ya günahlandırmağa ehtiyac yoxdur. Gəlin hər kəsin diqqətini missiyamıza yönəldək.


Bu qədər söhbət kifayətdir. Növbəti həftələrdə işə adaptasiya dövründə mənə qarşı bir az səbrli olmalı olacaqsınız, ancaq bütün əməliyyatlarımıza nəzarət yetirmək və tez bir zamanda sürətlənməyi planlaşdırıram. Sizinlə görüşməyi və bu macəraya sizinlə birgə başlamağı səbirsizliklə gözləyirəm.


Cim

Paylaş