İlkin kütləvi təklif prosesi: bu gün biz tarix yazırıq!

Bu gün biz şirkətimizin səhmlərini Stokholmda "Nasdaq" birjasında satışa çıxarırıq. Bu, "Volvo Cars" üçün tarixi bir andır.

"Volvo Cars"ın prezidenti və baş icraçı direktoru Hakan Samuelsson şirkət səhmlərinin Stokholm birjasında satışa çıxarılması üçün zəngin çalınması mərasimində.

"Volvo Cars"ın prezidenti və baş icraçı direktoru Hakan Samuelsson səhər saat 9:00-da satış prosesini açıq elan etmək üçün "Nasdaq" birjasının zəngini çalır.

Rəsmi olaraq zəngin çalınması ilə yeni mərhələyə qədəm qoyacağıq. Bunun ardınca baş icraçı direktorumuz Hakan Samuelsson və icraçı rəhbərlik komandamızın digər üzvləri müxtəlif mətbuat nümayəndələrinə müsahibə verəcəklər. Bu müsahibələrdə onlar satışdan əldə olunacaq qazancdan gələcəyə dair iddialı planlarımızı həyata keçirmək məqsədilə öz imkanlarımızı dəstəkləmək və gücləndirmək üçün necə istifadə edəcəyimiz barədə ətraflı məlumat verəcəklər.

"Biz satışdan əldə olunacaq qazancdan gələcəyə dair iddialı planlarımızı həyata keçirmək məqsədilə öz imkanlarımızı dəstəkləmək və gücləndirmək üçün necə istifadə edəcəyik."

Satış prosesinin gedişatını izləmək istəyirsinizsə, veb-saytımızın "İnvestorlar" bölməsinə daxil ola bilərsiniz.

"İnvestorlar" bölməsinə keçin

Paylaş