Material çatışmazlığı avtomobil sənayesinə çətinlik yaratmağa davam edirik və biz də istisna deyilik. Çətinliklərə baxmayaraq, bütün dövrlər üzrə ən yüksək nəticəyə imza atmışıq və bu "Recharge" avtomobillərimizlə bağlıdır!
Şarj oluna bilən avtomobillərimizdən "Recharge" modelinin satışları avqust ayında rekord həddə çatıb.
Biz 2020-ci ildən sonra "qeyri-adi il" ifadəsini lüğətimizdən çıxarmağa, demək olar, tam hazırıq, ancaq görünür hələ tam hərəkətə keçməmişik. Bu ilin əvvəllərində biz ən məhsuldar dövrümüzü yaşayaraq satış rəqəmlərində artım müşahidə etdik və hər ay yeni rekordlara imza atdıq. Bu ay ümumi göstəricilər ilin birinci yarısı qədər müsbət olmasa da, hələ də sizə təqdim edə biləcəyimiz bütün dövrlər üzrə ən yüksək göstəricilərimiz var: gəlin "Recharge" modelimizin satış göstəricilərinə nəzər salaq.
Modelin satışı bu il ərzində məhsuldar şəkildə keçib və bu məhsuldarlıq artmağa davam edir: avqust ayında bütün ay ərzində satılmış bütün avtomobillərin 24,2 faizi bu modelin payına düşüb. Avropada isə regionda satılan bütün avtomobillərin 47 faizini "Recharge" modeli təşkil edib ki, bu, indiyə qədər bildirdiyimiz ən yüksək rəqəmdir. Şarj oluna bilən modellərimiz bu ay, xüsusilə, Niderland, Böyük Britaniya və Belçikada məşhurlaşıb: Avropada "Recharge" satışlarının artmasına ən çox töhfə verən bu modellər olub.
Qlobal satış göstəriciləri üzrə avqust ayında 45.786 avtomobilə çatmışıq ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,6 faiz azalma deməkdir. Bununla belə, bu, marağın olmaması səbəbindən baş verməyib: biz hələ də görürük ki, avtomobil sənayesində və bizim avtomobillərimizə olan əsas ümumi tələbat eyni olaraq qalır.
Azalmanın əsas səbəbi material çatışmazlığıdır: iyul ayının ortalarından bəri Covid-19 pandemiyası səbəbindən Cənub-Şərqi Asiyada, xüsusilə, Malayziyada təchizatçıların işini dayandırması onsuz da gərgin olan təchizat vəziyyətini daha da pisləşdirib. Bu material çatışmazlıqları İsveç, Belçika, Çin və ABŞ-də müvəqqəti istehsal fasilələrinə səbəb olub ki, bu da istehsal həcminin azalmasına gətirib çıxarıb.
"Avtomobillərimizə olan əsas ümumi tələbat eyni olaraq qalır"
2021-ci ilin ikinci yarısına olan cari proqnozlarımıza görə, 2020-ci ilin müvafiq dövründə əldə edilmiş səviyyəyə çatmaq çətin olacaqdır. Bu, şübhəsiz, gəlir və mənfəətlərimizə təsir edəcəkdir, ancaq 2021-ci il üzrə perspektivlərimiz dəyişməz olaraq qalır.Üç əsas regionumuza gəldikdə, ABŞ ötən ay artımın müşahidə olunduğu yeganə regiondur. Burada müştərilər XC60 modelinin ardınca satış qrafiklərinə liderlik edən XC90 modelini xüsusilə bəyəniblər. Tələbat və sifariş qəbulunun yüksək olmasına baxmayaraq, Avropada olduğu kimi, Çində də avqust ayı üzrə ikirəqəmli azalma qeydə alınıb: əsas səbəblər əvvəlcədən qeyd etdiyimiz kimi, Cənub-Şərqi Asiyada Covid-19 pandemiyası, material çatışmazlığı və istehsal həcminin azalmasıdır.
Bütün bunlar onu deməyə əsas verir ki, ilin ilk səkkiz ayı üçün indiyə qədər bütün dünya üzrə 483.426 avtomobil satmışıq: bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,1 faiz artım deməkdir.
Aşağıda regional satışların ətraflı bölgüsü verilib:
+----------+----------+----------+----------+------------+------------+----------+
| |Avqust | | |Yanvar- | | |
| | | | |Avqust | | |
+----------+----------+----------+----------+------------+------------+----------+
| | 2020 | 2021 | Dəyişiklik | 2020 | 2021 | Dəyişiklik |
+----------+----------+----------+----------+------------+------------+----------+
| Avropa | 17,493 | 13,052 | -25.4% | 169,427 | 202,282 | 19.4% |
+----------+----------+----------+----------+------------+------------+----------+
| Çin | 15,835 | 13,112 | -17.2% | 95,986 | 122,914 | 28.1% |
+----------+----------+----------+----------+------------+------------+----------+
|ABŞ | 10,378 | 10,686 | 3.0% | 63,330 | 86,015 | 35.8% |
+----------+----------+----------+----------+------------+------------+----------+
| Digər | 7,533 | 8,936 | 18.6% | 54,749 | 72,215 | 31.9% |
+----------+----------+----------+----------+------------+------------+----------+
| Cəmi | 51,239 | 45,786 | -10.6% | 383,492 | 483,426 | 26.1% |
+----------+----------+----------+----------+------------+------------+----------+