Biz 2030-cu ilə qədər premum tam elektrikli avtomobil şikayəti olmaq istəyirik. Hədəfdən yayınmamaq üçün orta onillik dövr üzrə nələrə nail olmalıyıq?
Yeni C40 "Recharge" modeli onlayn satılan tam elektrikli avtomobillərin gələcəyinə bir baxışdır.
Biz iddialıyıq və daim özümüzə meydan oxuyuruq. Qlobal avtomobil sənayesi dəyişir və biz ən sürətlə dəyişən premium elektrik markası, o cümlədən ən sürətli transformator olmaqla, bu dəyişikliyə rəhbərlik etmək istəyirik. Biz təhlükəsizlik, əsas hesablama, elektrikləşdirmə, pilotsuz idarəetmə texnologiyası və birbaşa müştəri əlaqələri sahələrində lider olmaq istəyirik. Bu yolla biz müştərilərimizə fərdi, dayanıqlı və təhlükəsizlik şəkildə hərəkət etmək azadlığa verəcəyik.
Bu onilliyin yarısına qədər biz ən azı yarısı tam elektrikli avtomobillər olmaqla, qlobal səviyyədə 1,2 milyon avtomobil satmağı hədəfləyirik. Bu illik satışların yarısı həmçinin onlayn satış vasitələri, o cümlədən volvocars.com vasitəsilə həyata keçirilməlidir. Bu yolla biz güclü pərakəndə satış tərəfdaşlarımızla birlikdə milyonlarla müştəriylə birbaşa əlaqə qura bilərik. 2030-cu ilə qədər yalnız tam elektrikli avtomobillər satmaq istəyirik.
Biz təhlükəsizlik və pilotsuz idarəetmə standartlarının növbəti səviyyəsinin müəyyən edilməsinə davam edəcəyik. Gələcək modellərimiz əsas hesablama gücü və proqram təminatının simsiz yeniləmələrindən faydalanacaqdır ki, bunun da 50 faizi onilliyin yarısına qədər öz zavodlarımız hesabına baş tutmalıdır. Texnologiya və proqram təminatının daxili istehsalından əlavə, biz qlobal texnologiya liderləriylə yeni strateji tərəfdaşlıqlar qurmağa və mövcud əlaqələri gücləndirməyə davam edəcəyik.
Biz həmçinin "Geely" holdinqi daxilindəki qardaş şirkətlərimizlə əməkdaşlıq əlaqələri sayəsində performansımızı artırmağı gözləyirik. Yeni texnologiyaları birgə yaratmaqla onları daha sürətlə istifadəyə verə və daha sürətli inkişaf dövrlərini ərsəyə gətirə bilərik. Qardaş firmalarla əməkdaşlıq nəticəsində satınalma xərclərinin aşağı düşməsi, istehsal xərclərinin bölüşdürülməsi və digər irimiqyaslı qənaətlərə yol verilməsi gözlənilir.
Bütün bu hədəflər 2040-cı ilə qədər iqlimə tam təsirsiz şirkətə çevrilmək məqsədimiz istiqamətində ilk addım kimi 2018-2025-ci illər arasında avtomobil başına orta karbon emissiyasını 40 faiz azaltmaq öhdəliyimizi gücləndirir. Biz həmçinin sirkulyar iqtisadiyyata xas biznes prinsiplərindən istifadə edərək, o cümlədən karbon emissiyalarının həcmini 2,5 milyon ton azaltmaqla onilliyin yarısına qədər 1 milyard İsveç kronu qənaət etməyi hədəfləyirik.
"Bu onilliyin yarısına qədər biz ən azı yarısı tam elektrikli avtomobil olmqla qlobal səviyyədə 1,2 milyon avtomobil satmağı hədəfləyirik"
Maliyyə cəhətdən hədəfimiz bütün üç qlobal satış regionu üzrə satış həcmi və gəlirlərin artması, daha effektiv satış və paylama kanalları, törəmə şirkətlərimizlə əməkdaşlıqlar və tam elektrikli avtomobillərin daha geniş spektri sayəsində onilliyin yarısına qədər 8-10 faiz illik əməliyyat marjasıdır. Biz onilliyin yarısına qədər elektrikləşdirilmiş və daxili yanma mühərriki ilə çalışan avtomobillərimiz arasında ümumi marja bərabərliyinə nail olmaqla rentabelliyi daha da artırmağı planlayırıq.