2023-cü ilin İllik və Davamlı İnkişaf Hesabatı ixtiyarınızdadır!
2023-cü il üçün İllik və Davamlı İnkişaf Hesabatımızı bu gün dərc etdik! Hesabatda bir neçə cəhətdən Volvo Cars üçün rekord il olduğu xatırladılır.
Ötən il Volvo Cars üçün güclü il oldu. Rekord satış, gəlir və mənfəətlə 2023-cü il əməliyyat və maliyyə baxımından 97 illik tariximizdə bir çox məqamları nəzərə alsaq ən yaxşı il oldu. Strateji transformasiyamızı davam etdirərkən uğurumuz 2024-cü il və gələcək illər üçün möhkəm təməl qoydu.
Lakin təbii ki, qlobal miqyasda tanınan böyük bir şirkətin həmişə danışacaq daha çox hekayəsi var. 2023-cü il üçün İllik və Davamlı İnkişaf Hesabatımız da buna aiddir. Hesabat əslində keçənilki nəşrdən bir səhifə qısadır (204 və 205 səhifə!), lakin siz şirkətimizin ötən il ərzindəki fəaliyyətinin daha ətraflı icmalını başqa heç bir yerdə tapa bilməyəcəksiniz.
Bundan əlavə, o, həm də gələcək illər üçün strategiyamızın fəaliyyət planını tərtib edir və ən azından davamlıl inkişaf ambisiyalarımızla bağlı müxtəlif sahələrdə irəliləyişimizi izləyir. Hesabat kiçik faktlarla doludur:
- Məsələn, bilirdinizmi ki, artıq biz əməliyyatlarımızda 74 faiz iqlimə neytral enerjidən, o cümlədən 98 faiz iqlimə neytral elektrik enerjisindən istifadə edirik?
- Biz əməliyyatlarımızda bütün tullantıların 92 faizini təkrar istifadə edirik və təkrar emal edirik, 2030-cu il hədəfimizə getdikcə yaxınlaşırıq.
- 708716 avtomobilin rekord pərakəndə satışından sonra 2023-cü il üçün 399 milyard SEK gəlirimiz yeni bir şirkət rekordu idi.
- 2022-ci ilə nisbətən 43 faiz artaraq 25,6 milyard SEK təşkil edən əsas əməliyyat mənfəətimiz də bütün zamanların ən yüksək göstəricisi idi.
Hesabatda həmçinin məsuliyyətli bizneslə bağlı bir neçə məqam verilib:
- 2023-cü il Beynəlxalq Qadınlar Günündə biz gənc qızlara texnologiya sektorunda imkanlar əldə etməyə kömək edən Girls Who Code adlı beynəlxalq qeyri-kommersiya təşkilatı ilə tərəfdaşlığı bəyan etdik.
- Malayziyadakı montaj zavodumuzda biz insidentlərlə bağlı heç bir dayanma olmadan 1500 günə nail olduq – bu, işçilərin təhlükəsizliyi baxımından əhəmiyyətli bir mərhələdir.
- İsveçdə biz cəmiyyətin xüsusi qruplarına yönəlmiş bir neçə məşğulluq proqramı ilə məşğul olduq, onlara öz istedadlarını inkişaf etdirməyə və əmək bazarına daxil olmalarını asanlaşdırmağa yardım etdik.
- Akkumulyator üçün xammalın izlənilməsini artırmaq üçün biz blokçeyn texnologiyasından istifadəni genişləndirmişik.
- Təchizat zəncirinin şəffaflığı və faydalı qazıntıların hasilatı üzrə etik təcrübələr daxil olmaqla riskləri həll etmək üçün biz Responsible Mica Initiative koalisiyasına qoşulduq.
- Biz həmçinin yaşıl istiqrazları 1,5 milyard SEK artırmaqla və mövcud fonddadn 200 milyon avro çıxarmaqla yaşıl maliyyələşdirmə portfelimizi genişləndirdik.
2023-cü il ərzində şirkətimizin bu rəqəmləri, təşəbbüsləri və digər hekayələri haqqında ətraflı məlumat almaq üçün siz bütün hesabatı buradan endirə bilərsiniz.