"Volvo Cars" "Daqing Volvo Car Manufacturing" və" Shanghai Volvo Car Research and Development" birgə müəssisələrində əlavə səhmlər satın alır.
Sövdələşmənin tamamlanmasından sonra "Volco Cars" Çendu (təsvirdəki) və Datsində yerləşən zavodlarının tam nəzarətini əlinə alacaqdır.
"Volvo Cars" Çində yerləşən avtomobil istehsalı zavodlarımıza və satış əməliyyatlarına tam nəzarəti əlinə almaq məqsədilə ana şirkətimiz "Geely Holding"in ölkədəki birgə müəssisələrimizdəki səhmlərini satın almaq üçün sövdələşmə imzalayıb.
"Bu müqaviləylə "Volvo Cars" Çindəki əməliyyatları üzərində tam nəzarət zərfinə malik ilk çinli olmayan böyük avtomobil istehsalçısı olacaqdır," "Volvo Cars"ın baş icraçı direktoru Hakan Samuelsson deyib.
Birgə müəssisələrin ("Daqing Volvo Car Manufacturing" və "Shanghai Volvo Car Research and Development") səhmlərinin digər 50 faizini satın almaqla biz ən böyük bazarımız olan Çindəki mövqeyimizi gücləndirəcək və bütün dünya üzrə ən sürətlə böyüyən regionlardan birində fəaliyyətlərimizi genişləndirəcəyik.
"Şirkətimiz son illərdə Çindəki orta bazardan qat-qat sürətlə böyüyüb və bu təkanverici qüvvəni itirməmək üçün ölkəyə investisiya qoymağa davam edəcəyik"
Hər iki birgə müəssisə artıq "Volvo Car" şirkətlər qrupunun maliyyə hesabatlarına daxil edilsə də, bu sövdələşmə ilə xalis gəlir və kapitalda olan payımız artacaqdır.
"Geely Holding" qrupu və "Volvo Cars" mütəmadi olaraq əməkdaşlıq etmək və daha geniş şirkətlər qrupu daxilində əməliyyatları strukturlaşdırmaq üçün ən yaxşı yolları qiymətləndirir," "Geely Holding"in baş icraçı direktoru Daniel Donqui Li deyib. "Bu iki sövdələşmə həm "Volvo Cars", həm də "Geely Holding" daxilində daha aydın mülkiyyət strukturu yaradacaqdır."
Şirkətimiz son illərdə Çindəki orta bazardan qat-qat sürətlə böyüyüb və bu təkanverici qüvvəni itirməmək üçün ölkəyə investisiya qoymağa davam edəcəyik. Sövdələşmələr tamamlandıqdan sonra Çendu və Datsində yerləşən istehsal zavodlarımız, Çində yerləşən milli satış şirkətimiz və Şanxayda yerləşən tədqiqat və inkişaf mərkəzimiz üzərində tam nəzarətə sahib olacağıq.
"Volvo Cars"ın Datsin şəhərindəki istehsal zavodu.
Tənzimləyici orqanlar tərəfindən təsdiq gözləyən söbdələşmələr Çində avtomobil istehsalına görə birgə müəssisə tələbinin ləğv olunacağı 2022-ci ildən başlayaraq iki mərhələdə baş tutacaqdır. Onların 2023-cü ilə qədər rəsmi olaraq tamamlanması gözlənilir.
Sövdələşmələr müvafiq şirkətlərdə çalışan əməkdaşlar və tərəfdaşlara birbaşa təsir göstərməyəcəkdir. Maliyyə detalları isə açıqlanmayacaqdır.