Bəzən ilk təəssüratlar yanlış olur. Bəli, yeni "Volvo" EX30 bizim indiyə qədər ən kiçik SUV modelimizdir. Üstəlik, qiyməti də sərfəlidir. Bununla belə, növbəti illər üçün ən böyük biznes imkanlarımızdan birini təmsil edən bu model böyük təsirə malik ola bilər.
Volvo EX30 növbəti illər üçün ən böyük biznes imkanlarımızdan birini təmsil edir.
Artıq seçilmiş bazarlarda* satışa çıxarılan Volvo EX30 şirkətimizdə baş verən strateji dəyişikliyin əsasını təşkil edir. Artıq onilliyin ortalarına gəlib çatdığımız üçün qlobal satış göstəricilərimizin yarısını tam elektrikli avtomobillərin təşkil etməsini və 8-10 faizlik əməliyyat mənfəətləri marjasına nail olmağı hədəfləyirik. 2030-cu ilə qədər yalnız tam elektrikli avtomobillər satmaq istəyirik.
Biz EX30-un növbəti illərdə ən çox satılan modellərimizdən biri olacağını gözləyirik və bu hədəfə doğru yorulmadan çalışırıq. O, inkişafımıza və mənfəət əldə etmə hədəflərimizə ciddi şəkildə töhfə verəcəkdir.
Volvo EX30 modeli ilə markamız yeni və sürətlə inkişaf edən seqmentə daxil olur. Dünyanın hər yerində istehlakçılar arasında kiçik ölçülü tam elektrikli premium SUV-lərə tələbat artmaqdadır. Məsələn, şəhərdə yaşayan insanların əksəriyyəti işə gedib-gəlməyə və ətrafda dolaşmağa, bunu edərkən isə öz kimliyini nümayiş etdirməyə imkan verən rahat avtomobil axtarır.
EX30 həmçinin bir Volvo avtomobilindən gözləyə biləcəyiniz qədər təhlükəsiz şəkildə dizayn olunub və hərəkətli şəhər həyatında həm sizin, həm də ətrafınızdakıların qeydinə qalmağı hədəfləyir. Model velosipedçi, skuter sürücüsü və ya qaçışçının qarşısında avtomobilin qapısını açmağa hazırlaşdığınız zaman sizə xəbərdarlıq edərək qapının diqqətsiz şəkildə açılması nəticəsində baş verən qəzaların qarşısını almağa kömək edən xüsusi velosiped təhlükəsizliyi funksiyası ilə təchiz olunub. Təhlükəsizlik sahəsindəki ən son texnologiyalara əsaslanan bu funksiya EX30 modelinə yüksək təhlükəsizlik standartlarımızı necə tətbiq etdiyimizi nümayiş etdirir.EX30 sürücülərə elektriklə çalışan və onlara lazım olan bütün ağıllı texnologiyalarla təchiz olunan həqiqi və funksional SUV təklif edir. Satış qiymətinin təqribən 36.000 avro kimi sərfəli rəqəmdən başlaması müştərilərə modelin daxiliyanma mühərriki ilə çalışan ekvivalentlərinin qiymətinə premium keyfiyyətdə tam elektrikli SUV əldə etmək imkanı verir.
Bu bəs deyilmiş kimi, iki bazarda apardığımız ilkin təhlildən əldə olunmuş məlumatlar göstərir ki, hazırda modelin ümumi dəyəri istənilən digər tam elektrikli "Volvo" avtomobilindən aşağı və kiçikölçülü elektrikli SUV avtomobilləri seqmentindəki rəqiblərindən qat-qat yaxşıdır*.
"Bizə məlumdur ki, insanların elektrik avtomobilinə keçməyi planlaşdırdıqları bir dövrdə avtomobil almaq hələ də ən böyük çətinliklərdən biridir," baş icraçı direktorumuz Cim Rovan bildirib. "Volvo" EX30 ilə biz premium keyfiyyətli tam elektrikli avtomobilləri daha geniş kütləyə çatdıraraq sənayemizə və cəmiyyətimizə lazım olan tam elektrikləşməyə keçidi sürətləndirməyə kömək etməyi hədəfləyirik.
Tam istədiyiniz kimi
Kompakt ölçüləri, ağıllı texnologiyası və arasından seçim edə biləcəyiniz fərqli konfiqurasiyaları ilə "Volvo" EX30 hər birinin özünəməxsus seçimləri, ehtiyacları və həyat tərzi olan böyük müştəri kütləsini cəlb etmək üçün nəzərdə tutulub.
Eyni çeviklik və rahatlığı kommersiya təklifimizdə də görə bilərsiniz. O, rahatlıq və seçim azadlığına əsaslanır. "Volvo" EX30 modelinə necə sahib olmaq istədiyinizə özünüz qərar verirsiniz: məsələn, birbaşa satın almaq, lizinq etmək və ya abunə olmaq.
"Care by Volvo" abunəlik proqramımız son illərdə çox uğurlu olub və bunun tək səbəbi müştərilərə çeviklik və qiymətləri təxmin etmək imkanı verməsi deyil. Biz eyni şəffaflığı EX30-da da təklif edirik: gizli xərclər və ya komissiyalar olmadan bir baxışla aylıq ödənişlərinizə baxa bilərsiniz və bu, EX30 avtomobilinizlə həyatdan daha çox zövq almağınıza imkan verir.
"Aylıq 599 avrodan başlayan EX30 abunəlik proqramı sayəsində bu avtomobilin yalnız mövcud müştərilərimiz deyil, həm də "Volvo" markasına yenicə keçmiş alıcılar üçün cəlbedici seçim olacağına inanırıq" baş kommersiya direktorumuz və baş icraçı direktorumuzun müavini Byörn Annvall deyib. "Bu, bizə yeni müştəri bazası yaratmaq və zamanla müştərilərimizi qorumaq imkanı verəcək."
Bənzərsiz müştəri təcrübəsi
"Care by Volvo" anubəlik paketləri daim inkişaf edən onlayn təklifimizin bir hissəsidir. Biz diqqətimizi onlayn flaqman mağazamız (volvocars.com) vasitəsilə sadə, intuitiv və rahat alış prosesi yaratmağa cəmləmişik. Gizli komissiyaların olmadığı, o cümlədən asanlıqla başa düşülən şəffaf onlayn qiymətlər yeni "Volvo" EX30 modelinin sifariş prosesini asanlaşdırır.
Bu onlayn satış prosesi onlayn və oflayn kanalları bənzərsiz şəkildə birləşdirməklə mümkün olan ən yaxşı müştəri təcrübəsini yaratmaq ambisiyamızı əks etdirir. Pərakəndə satış mərkəzlərimizdən birinə yaxınlaşmağından, şəhər avtosalonlarımızdan birini ziyarət etməyindən, veb-saytımıza daxil olmağından və ya "Volvo Cars app" tətbiqindən istifadə etməyindən asılı olmayaraq hər kəs eyni mükəmməl və mənalı təcrübəni yaşayacaqdır.
Bu il vahid onlayn/fiziki, birbaşa müştəriyönümlü modelə keçidimiz üçün ilk bazar rolunu oynayacaq Böyük Britaniya ilə yanaşı, "Volvo" EX30 modeli həm də digər seçilmiş bazarlarda onlayn satışa çıxarılacaqdır.
Kiçik iz