İnnovasiya ilə elektrikləşdirmənin qovuşduğu yer

Qüsursuz və səmərəli enerji doldurma təcrübəsi üçün qabaqcıl texnologiyaların sınaqdan keçirilməsinə və inkişaf etdirilməsinə həsr olunmuş Volvo Cars təkmil enerji doldurma mərkəzini kəşf edin.

Volvo avtomobilində bir qadın və bir kişi bir-birinə baxır.

Volvo Cars təkmil enerji doldurma mərkəzi

Laboratoriya mühitində enerji doldurma

Volvo Cars-ın yeni enerji doldurma mərkəzi müştərilərin mümkün olan ən qüsursuz və ən təhlükəsiz enerji doldurma təcrübəsinə sahib olduqların əmin olmaq üçün Volvo avtomobillərini müntəzəm şəkildə sınaqdan keçirir.Volvo Cars Torslandanın mərkəzində ilk baxışdan müasir qaraja bənzəyən bina var. Burada təcrid edilmiş otaqlarda elektriklə işləyən Volvo Cars-ın sınaq üçün nəzərdə tutulmuş versiyaları saxlanılır. Avtomobillərin ətrafında mühəndislər kompüterlərlə oturur. Bir otaqda Volvo-nun məftillər və elektronikadan ibarət tam ölçülü karkasını görə bilərsiniz.


"Elektrik və rabitə funksiyalarından başqa qalan hər şeyi çıxarsanız, Volvo avtomobili məhz bu cür görünəcək. Bu, avtomobillərimizin nə qədər təkmil olduğunun bir göstəricisidir" - Volvo Cars-da komanda meneceri və şirkətin yeni enerji doldurma mərkəzinin arxasında dayanan beyinlərindən biri Daniel Lundberq deyir.

"Enerji doldurma mərkəzimiz müştərilər üçün mümkün qədər ən qüsursuz enerji doldurma təcrübəsi yaratmaq məqsədi daşıyır",- deyə Volvo Cars-da komanda meneceri Daniel Lundberq bildirir.

Əvvəllər Daniel Volvo Cars-ın dizellə işləyən uğurlu avtomobillərini yaradıb. Bu gün isə önəmli olan elektrikləşdirmədir.


"Bunu 2021-ci ilin fevralında yaratmağa başladıq və tamamlanarkən beta sınaqdan keçiririk. Şirkətdə çoxları gördüyümüz işlə çox maraqlanır. Bu prosesi bir hissəsi olmaq istəyən həmişə var. Bizə lazım olan məhz bu laboratoriyadır".


Enerji doldurma mərkəzi avtomobilin batareyalarının enerji ilə doldurulmasını sınaqdan keçirmək üçün Volvo Cars-a yeni fürsətlər verib və bütün bunların məqsədi müştərilər üçün mümkün qədər qüsursuz enerji doldurma təcrübəsi yaratmaqdır.


"Əvvəllər avtomobilləri ekstremal şəraitdə sınaqdan keçirirdik. İndi isə bu ssenariləri təkrarlayır və müştərilərin enerji doldurulması ilə bağlı rahatlığı üçün proqram təminatımızı daim təkmilləşdiririk.


Enerji doldurma mərkəzimiz müştərilər üçün mümkün qədər ən qüsursuz enerji doldurma təcrübəsi yaratmaq məqsədi daşıyır",- deyə Volvo Cars-da komanda meneceri Daniel Lundberq bildirir.

Ciddi sınaq vasitəsilə yenilik gətirmək


Bir otaqda mənfi 30 dərəcə ilə müsbət 60 dərəcə arasında kəskin temperaturlar simulyasiya edilir. Təxminən 360 kVt-lıq ABB yüksək güclü enerji doldurma cihazı hazır şəkildə sınağı gözləyir. Əsas diqqət sırf enerji doldurma məntəqələrinə deyil, həm də avtomobilin özünə yönləndirilir.


"Biz soyutma sistemlərini, ventilyatorları və idarəetmə sistemlərini diqqətlə nəzərdən keçiririk — bununla ciddi yoxlama və batareyanın temperaturuna nəzarət mühiti yaradırıq" - Volvo Cars-da sistem memarı Adrian Turesson deyir.


Volvo Cars Google ilə əməkdaşlıq edərək məsafə və enerji sərfiyyatını təxmin edərək müştərilər üçün optimal marşrut və enerji doldurma təklifləri təmin etməyi məqsəd qoyub.


"Məqsədimiz ödəniş üsullarından məntəqədə keçirdiyiniz vaxta qədər enerji doldurma təcrübənizi asanlaşdırmaqdır",- deyə Adrian vurğulayır.


Gündəlilk həyatımız kifayət qədər mürəkkəbdir. Enerji doldurma məsələsinin də sizin üçün narahatlıq yaradan bir məqam olmamasını istəyirik" - Daniel deyir.


Dünya səviyyəsində istismar vəziyyətində sınaqdan keçirmək

Laboratoriya inkişaf prosesini asanlaşdırsa da həm avtomobillər, həm də enerji doldurma məntəqələri dünya səviyyəsində sınaqdan keçirilməlidir. İstismar vəziyyətinə sınaqdan keçirmə ABŞ, Asiya və Avropada daim icra olunur. Təkcə Avropada 150–200-dən çox enerji doldurma məntəqəsi qüsursuz uyğunluq baxımından sınaqdan keçirilib.


"Enerji doldurma təcrübələrini təkmilləşdirməklə bağlı çox həvəsliyik" - Daniel deyir. "Bu laboratoriyada avtomobilləri yeniləşdirir və müştərilərin həyatına inteqrasiya edirik. Növbəti beş il ərzində bunun daha böyük enerji doldurma mərkəzinin kiçik hissəsi olduğunu görəcəksiniz. Gələcək daha da həyəcanverici olaraq".


"Qarşıda bizi həqiqətən də həyəcanverici günlər gözləyir" - Daniel gülümsəyərək sözlərini tamamlayır.

Paylaş