"Volvo" avtomobillərinin növbəti nəslinə yeni təhlükəsizlik standartı gətirilir

Avtomobillərimizin yeni nəsli indiyə qədər istehsal etdiyimiz ən təhlükəsiz avtomobillərdən ibarət olmalıdır və ilk tam pilotsuz idarəetmə funksiyasına malik olacaqdır.

Gələcək "Volvo" avtomobilləri LiDAR kimi ən son sensorlar və pilotsuz idarəetmə kompüteri ilə təchiz olunacaqdır.

Gələcək "Volvo" avtomobilləri təhlükəsizliklə bağlı kritik məqamlarda sürücüyə yardım etməyi daha yaxşı bacaracaqdır.

Son dövrlərdə tez-tez eşitdiyiniz ifadələrdən birində belə deyilir: "Volvo" üçün dayanıqlılıq təhlükəsizlik qədər vacibdir. Aydındır ki, burada ətraf mühitin qeydinə çox qaldığımız nəzərdə tutulur, ancaq həm də bildirilir ki, biz avtomobillərin növbəti nəslini istehsal edən zaman təhlükəsizliyi unutmayacağıq. Əslində, məqsədimiz avtomobillərin təhlükəsizliyi üçün yeni meyar yaratmaqdır.


Bunu necə etdiyimiz sizə maraqlıdır? 2022-ci ildə təqdim olunacaq XC90 flaqmanının tam elektrikli davamçısından başlayaraq gələcək avtomobillərimiz standart olaraq ən son texnologiyalı sensorlar, o cümlədən LiDAR texnologiyası və pilotsuz idarəetmə kompüteri ilə təklif olunacaqdır.Bu funksiyalar Kaliforniyadakı texnologiya tərəfdaşlarımızdan ikisi tərəfindən istehsal olunur. Bu LiDAR sensorları "Luminar"dakı dostlarımızın sayəsində ərsəyə gəldiyi halda, NVIDIA-dakı mütəxəssislər isə pilotsuz idarəetmə kompüterini işə salmaq üçün bizi "NVIDIA DRIVE Orin" çip əsaslı sistem texnologiyası ilə təmin edir.


LiDAR yüksək sürətlə hərəkət edən zaman mürəkkəb mühitlərdə təhlükəsiz qərar qəbulu üçün ideak bazadır, çünki o, yüzlərlə metr qarşıdakı hədəflərə qədər məsafəni ölçən lazer texnologiyasının bir növüdür. NVIDIA tərəfindən təchiz olunan super hesablama texnologiyası bir saniyədə yüzlərlə hesablama apararaq avtomobillərimizin LiDAR və digər sensorlardan ötürülən çoxsaylı davamlı məlumatları emal etməsini təmin edir.


Bütün bu mükəmməl avadanlıqların qardaş şirkətlərimiz "Zenseact" və "Luminar" tərəfindən şirkət daxilində istehsal olunan proqram təminatı, o cümlədən toqquşmadan yayınma texnologiyamızın yeni nəsli ilə birləşdirildiyini təsəvvür edin: qarşınızda misilsiz kombinasiya dayanıb.


Biz bu yeni təhlükəsizlik paketinin ölüm və yaralanma hallarının, o cümlədən, bütövlükdə, yol qəzalarının sayını azaldacağını gözləyirik. Əslində, simsiz proqram təminatı yeniləmələrini tətbiq etməklə biz yeni texnologiyaları istifadəyə verir və zamanla təhlükəsizlik paketimizi daha da təkmilləşdiririk.


"Volvo Cars" təhlükəsizlik baxımından liderdir və hər zaman belə olub. İndi isə biz avtomobil təhlükəsizliyinin yeni səviyyəsini müəyyən edirik," baş icraçı direktorumuz Hakan Samuelsson deyir. "Bu avadanlıqları standart olaraq təklif etməklə biz mütəmadi olaraq simsiz şəkildə təhlükəsizlik funksiyalarımızı təkmilləşdirə və qabaqcıl pilotsuz idarəetmə sistemlərini tətbiq edə, bununla təhlükəsizlik sahəsindəki lider mövqeyimizi daha da gücləndirə bilərik."

"Biz bu yeni təhlükəsizlik paketinin ölüm və yaralanma hallarının, o cümlədən, bütövlükdə, yol qəzalarının sayını azaldacağını gözləyirik"

Bu texnologiyaları öz avtomobillərimizə inteqrasiya etdikdən sonra onların zamanla daha da yaxşılaşmasını gözləyə bilərik. Avtomobil zamanla təhlükəsizliklə bağlı kritik məqamlarda sürücüyə yardım etməyi və hətta mütləq ehtiyac yarandıqda müdaxilə etməyi daha yaxşı bacaracaqdır. Bütün bunlar bizi toqquşmasız gələcək vizyonumuza daha da yaxınlaşdırır.

"Daha təhlükəsizlik avtomobillər istehsal etmək missiyamızda uzunmüddətli məqsəd toqquşmasız gələcəyə nail olmaq və qəzaları tamamilə aradan qaldırmaqdır," baş texnologiya direktorumuz Henrik Qrin izah edir. "Simsiz yeniləmələr vasitəsilə davamlı olaraq təhlükəsizlik texnologiyamızı təkmilləşdirdikcə toqquşmaların zamanla azalmasını gözləyir və daha çox insan həyatını xilas etməyi ümid edirik."

Bu cür yüksək keyfiyyətli sensorlar və pilotsuz idarəetmə kompüteriylə yanaşı, XC90-ın tam elektrikli davamçısı sükan idarəetməsi və tormozlama kimi əsas funksiyalar üçün ehtiyat sistemlərlə təchiz olunacaqdır. Bu funksiyalar avtomobili bu cür avadanlıqlar hazır olan kimi təhlükəsiz və nəzarətsiz pilotsuz idarəetməyə hazır vəziyyətə gətirir.

İlk (seçimə görə) pilotsuz idarəetmə funksiyamız "Magistral pilot" adlanır və pilotsuz idarəetmə proqramı təminatı istehsalı şirkətimiz "Zenseact"la birlikdə şirkət daxilində hazırlanıb. Siz avtomobilin pilotsuz rejimdə idarə olunması üçün təhlükəsizliyi doğrulanan yol və ərazilərdə arxaya söykənib avtomobilinizin bütün idarəni əlinə almasına icazə verə biləcə
ksiniz.

Yeni təhlükəsizlik texnologiyası paketimiz texnologiyaların istehsalı ilə bağlı ümumi yanaşmamızın yaxşı nümunəsidir. Hər şeyi özümüz etməyə çalışmaq əvəzinə, biz mümkün olan ən yaxşı avtomobilləri istehsal etmək üçün müvafiq sahələr üzrə ən yaxşı şirkətlərlə əməkdaşlıq edirik. Bu, bizə həmçinin sürətlə dəyişən sənayedə sürətlə inkişaf edən avtomobil istehsalçılarından biri olmaq üçün texnologiya bazası verir.

Tam elektrikli gələcəyə necə nail olacağımızın izah olunduğu ən son "Texnoloji an" sessiyasına nəzər sala bilərsiniz.

Paylaş