Ölçüsü kiçik, gücü isə böyük: kiçikölçülü SUV olan tam elektrikli Volvo EX30-u idarə etməyə hazır olun!

Volvo-nun böyük işlər görən kiçikölçülü SUV modeli kimi yeni tam elektrikli Volvo EX30 bizdən gözlədiyiniz qədər təhlükəsiz olacaqdır. O, indiyə qədər ən az karbon emissiyası olan Volvo avtomobili olmaq, ən son texnologiyalar və Skandinaviya dizaynı sayəsində insanların həyatlarını daha təhlükəsiz, daha rahat və daha zövqlü etmək üçün nəzərdə tutulub.

Bu gün İtaliyanın Milan şəhərində təqdimatı keçirilən və seçilmiş bazarlarda satışa çıxarılan EX30 ilk kiçik ölçülü premium SUV modelimizdir və bununla daim inkişaf edən tam elektrikli modellərimizin sayı dörd olur. Bazarın tam elektrikləşmə istiqamətində sürətlə irəlilədiyi bir dövrdə EX30 bizə sürətlə inkişaf edən seqmentdə tam elektrikli avtomobillərə artan tələbatı ödəməkdə bizə kömək edəcəkdir.


Satış qiymətinin təqribən 36.000 avro kimi sərfəli rəqəmdən başlaması müştərilərə modelin daxiliyanma mühərriki ilə çalışan ekvivalentlərinin qiymətinə premium keyfiyyətdə tam elektrikli SUV əldə etmək imkanı verir.


EX30 "Care by Volvo" abunəlik paketimizə də daxil edilərək sabit qiymətləri və şəffaf sifariş prosesi ilə avtomobilin satışını asanlaşdıracaq.

"Tam elektrikli EX30 indiyə qədər ən kiçik SUV modelimiz ola bilər, ancaq o, həm müştərilərimiz, həm də şirkətimiz üçün böyük əhəmiyyət kəsb edir," baş icraçı direktorumuz Cim Rovan deyib. "EX30-un ölçü baxımından kiçik, güc baxımından isə böyük olduğunu deyə bilərik, çünki o, istənilən Volvo avtomobilindən gözlədiyiniz hər şeyi sizə daha kiçik paket halında təqdim edir. İstənilən Volvo avtomobilində olduğu kimi, o da insanlar və onların ehtiyacları nəzərə alınmaqla dizayn olunmuş təhlükəsiz məhsuldur.

EX30 bütün dizayn dəyərlərimizi daha kiçik formatda birləşdirir. Modelin uzun təkər bazası, böyük təkərləri və bərabər çıxıntıları eksteryerə balans və incəlik gətirir. O, özündən əmin ön dizaynı, qapalı şiti və "Torun çəkici" dizaynlı faraların rəqəmsal təsviri ilə özünəməxsus elektromobildir. Dəbli bulud mavisindən (Cloud Blue) parlaq və ifadəli Moss Yellow qədər (ikincisi İsveçin qərb sahilləri boyunca qayalarda yetişən mamırlardan ilham alaraq seçilib) beş canlı eksteryer rəngi avtomobilə xarakter və şəxsiyyət qazandırır.


Ehtiyaclarınıza uyğun batareya texnologiyası

İndi isə gəlin batareya texnologiyamızdan danışaq. Hər şeydən əvvəl, əgər güc aqreqatlarından danışırıqsa, konkret bir "batareya" yoxdur. Əvəzində, biz sizə üç güc aqreqatı seçimi və iki fərqli batareya növü təklif edərək ehtiyaclarınıza uyğun batareya texnologiyasını seçmək azadlığı veririk. Bu isə EX30 üçün başlanğıc qiymətin sərfəli olmasına imkan verir.


Əgər vaxtınızın çoxunu şəhərdə keçirirsinizsə və ya yükləmələr arasında qısa məsafələr qət edirsinizsə, sizə LFP (litium-dəmir-fosfat) batareyası ilə təkmühərrikli seçimi təklif edirik. Tərkibində litium, dəmir və fosfat olan standart LFP batareyası daha qənaətcildir və istehsalında daha az resursdan istifadə olunur. Bu isə o deməkdir ki, əgər uzun məsafələr qət etmək istəmirsinizsə, bu, sizin üçün ən yaxşı seçimdir.


Əgər uzun məsafələrə üstünlük verirsinizsə, seçiminiz uzunmüddətli NMC (nikel-manqan-kobalt) batareyası ilə təchiz olunan gücləndirilmiş təkmühərrikli variant olmalıdır. NMC batareyasının tərkibində litium, nikel, manqan və kobalt var və bu batareya enerjini LFP-dən daha səmərəli şəkildə hasil edir. Bu gücləndirilmiş təkmühərrikli seçim sizə yükləmələr arasında 480 km-ə qədər məsafə qət etmək imkanı verir.


Son olaraq əgər performans sizin üçün prioritetdirsə, NMC batareyasının əlavə ikinci e-mühərriklə birləşdirildiyi cütmühərrikli performans variantını seçin. EX30-un dörd təkərə intiqallı bu variantı 315 kVt (428 at gücü) güc təmin edir və 3,6 saniyədə 0-dan 100 km/saat-a çatır - bu, rəsmi olaraq indiyə qədər ən tez sürətlənən avtomobilimizdir!


EX30-un sürətli olduğu digər bir məsələ yüklənmədir. Gücləndirilmiş cütmühərrikli variant 153 kVt-a qədər yükləmə gücünə malikdir, standart avtomobildə isə bu rəqəm 134 kVt-dır. Bu, o deməkdir ki, siz 25 dəqiqədən bir qədər çox müddətə batareyanı 10 faizdən 80 faizə qədər doldura bilərsiniz. Avtomobilin mərkəzi displeyi və tətbiq vasitəsilə amper, maksimal yükləmə səviyyəsi və yüklənməyə başlama vaxtını seçə bilərsiniz.


Mümkün olan ən yaxşı sürücülük təcrübəsini yaşaya bilməyiniz üçün EX30-un şassisini tənzimləyərək avtomobilin çox hissəsini kompakt ölçülərdə dizayn etmişik. Onun aşağı ağırlıq mərkəzi, o cümlədən nisbətən az olan və bərabər paylanmış çəkisini şəhərdə və şəhərdən kənar ərazilərdə idarəetmə asanlığı və çeviklik tamamlayır.


Daha az karbon emissiyası, daha çox təhlükəsizlik

Əvvəlki bloq yazılarında qeyd etdiyimiz kimi, EX30 indiyə qədər ən az karbon emissiyasına malik Volvo avtomobilidir və dayanıqlılıq hədəflərimizə gedən yolda atdığımız vacib addımlardan biridir. Volvo EX30 avtomobilinin bütün istehsalı və istismarı dövrü boyunca emissiyalarla mübarizə apararaq biz 200 000 km-dən çox sürmə məsafəsində ümumi karbon emissiyasını 30 tondan aşağı sala bildik*.EX30 həmçinin bir Volvo avtomobilindən gözləyə biləcəyiniz qədər təhlükəsiz şəkildə dizayn olunub və hərəkətli şəhər həyatında həm sizin, həm də ətrafınızdakıların qeydinə qalmağı hədəfləyir. Model velosipedçi, skuter sürücüsü və ya qaçışçının qarşısında avtomobilin qapısını açmağa hazırlaşdığınız zaman sizə xəbərdarlıq edərək qapının diqqətsiz şəkildə açılması nəticəsində baş verən qəzaların qarşısını almağa kömək edən xüsusi velosiped təhlükəsizliyi funksiyası ilə təchiz olunub.Təhlükəsizlik sahəsindəki ən son texnologiyalara əsaslanan bu funksiya EX30 modelinə yüksək təhlükəsizlik standartlarımızı necə tətbiq etdiyimizi nümayiş etdirir. O, bunu ən müasir mühafizə texnologiyası, eləcə də avtomobillərimizi müxtəlif real həyatda baş verən ssenarilərə hazırlamaq üçün nəzərdə tutulmuş vacib daxili təhlükəsizlik tələblərimizi yerinə yetirən yüksək səviyyəli struktur dizaynla edir.


EX30-la həmçinin ən son texnologiyalar və Skandinaviya üslublu zərif interyer dizaynı ilə həyatınızı daha rahat, daha dinc və daha zövqlü etməyi hədəfləyirik. Hər birinin özünəməxsus ifadəsi olan dörd fərqli interyer seçimi ilə yanaşı, avtomobilin hər yerində ağıllı saxlama imkanları mövcuddur.


"Google" axtarış sistemi ilə əlaqələndirilən, məlumatlandırma və əyləndirmə sistemimizin ən son versiyası ilə çalışan təkekranlı kontekstual istifadəçi təcrübəsi ilə birlikdə bütün bu funksiyalar əsl Volvo dizaynının əlamətlərini əks etdirir.


Müasir texnologiyalardan söz düşmüşkən, Volvo EX30 məşhur "Park Pilot Assist" parklanmaya yardım funksiyasının yeni nəsli ilə təchiz olunmuş ilk avtomobilimizdir. O, istənilən parklanma ərazisində, o cümlədən paralel, maili, perpendikulyar və diaqonal "balıq sümüyü" tərzində parklana bilir və dar yerlərdə parklanmanı adi işə çevirir.


Yeni "Park Pilot Assist" sistemi ətrafınızdakı bütün boş parklanma yerlərini müəyyən edəcəkdir. Daha sonra, yeni 3D istifadəçi interfeysinə toxunduğunuz zaman bu funksiya qaz və əyləc pedallarını, o cümlədən sükanı idarə etməyə başlayacaqdır. Sizə, sadəcə olaraq, digər avtomobillər, divarlar və dayaqlar kimi əşyalara qədər məsafəni metrik və ya Britaniya ölçü sistemi ilə göstərən ekran vasitəsilə parklanma prosesinə nəzarət etmək qalır.

İstənilən "Volvo" avtomobilində olduğu kimi, EX30-da da mümkün olan ən yaxşı istifadəçi təcrübəsini təmin etmək üçün "Google", "Apple" və "Qualcomm" kimi texnoloji tərəfdaşlarla yaxından əməkdaşlıq etmişik. Biz həmçinin müştərilərimizə mümkün olan ən yaxşı məlumatlandırma və əyləndirmə platformasını təqdim etmək üçün birgə müəssisəmiz olan "HaleyTek" vasitəsilə ECARX şirkəti ilə birlikdə çalışmışıq.


Dinclik duyğusu

Şübhəsiz, EX30 həm sizin üçün rahat olan, həm də avtomobili digərləri ilə paylaşmağı asanlaşdıran rəqəmsal açar funksionallığı ilə təchiz olunacaqdır. Rəqəmsal ultra-geniş zolaq və CCC sənayesinin qabaqcıl standartlarına əsaslanan texnologiyamız bir çox telefon markası və modeli ilə uyğunlaşacaqdır.


Avtomobilin xüsusi tətbiqi dolu parklanma ərazisində avtomobilinizin tapılmasından avtomobilin kilidlənməsi və soyuq qış günlərində qızdırılmasına qədər avtomobillə bağlı bütün xidmətləri özündə birləşdirir. EX30 həm də proqram təminatındakı yenilikləri onlayn şəkildə qəbul edəcək şəkildə dizayn olunub ki, bu da avtomobili zamanla təkmilləşdirəcəkdir.


Bu, bəs deyilmiş kimi, Volvo EX30 həmçinin beş fərqli interyer işıqlandırma teması ilə təchiz olunub. Hər biri fərqli Skandinaviya landşaftından ilham alaraq dizyan olunan və zərif rəng keçidinə əsaslanan bu temalar interyerə dinclik hissi verir.


Skandinaviya meşəsində yarpaqların arasından süzülən qızmar günəş şüaları, İsveçin qərb sahillərində gün batımı, dünyaca məşhur şimal işıqları, yay aylarında İsveçin qızılı rəngli səmaları və ya şəhərdə gün batımının parlaq çöhrəsini seçməyinizdən asılı olmayaraq EX30-un salonu seçdiyiniz rənglərə qərq olacaq. Bu illüziyanı daha yaxından hiss etmək üçün hər işıqlandırma temasını akustik şəraitlə birləşdirə bilərsiniz.


Külək kimi ötüb keçin

Son olaraq, sizə sürprizimiz var. Növbəti ildən başlayaraq EX30-un "Cross Country" variantı da satışa çıxarılacaqdır. Tam elektrikli kiçikölçülü SUV modelimizin bu xüsusi versiyasının sifariş kitabçaları 2024-cü ildən açılacaqdır və istehsalın həmin ilin sonrakı aylarında başlaması gözlənilir.


Volvo EX30 "Cross Country" daha çox macəra axtaran müştərilərimiz üçün seçilmiş məşhur modellərdən ibarət uzunmüddətli "Cross Country" irsimizə əsaslanacaq. O, yerdən daha çox məsafə, 19 düymlük qara təkər diskləri və xüsusi şinlərlə təchiz olunmuş 18 düymlük disk seçimi kimi müxtəlif xüsusi funksiyalara malik olacaq.EX30 "Cross Country" modelinizi yola çıxardığınız zaman ön, arxa və yan tərəflərində yerləşən qoruyucu lövhələr, ön buferdə və mühərrik bölməsinin qapağında xüsusi qara panellər, dəbli "Cross Country" markası ilə hamının diqqətini cəlb edəcək - üstəlik, mühərrik bölməsinin üzərinə birləşdirilən kiçik İsveç bayrağı da olacaq.


Baş icraçı direktorumuz Cim Rovanın yeni EX30 modelinizi açıqladığı videonu aşağıdakı linkdən izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=UBsPUpqSPFs


Kiçik iz

Paylaş