Bu, indiyə qədər mövcud olan modellər arasında ən kiçik krossoverimizdir, lakin gözlənilən tam elektriklə işləyən Volvo EX30 bu sahədə 96 illik liderliyimiz və innovasiyamız sayəsində təhlükəsizlik baxımından böyük imkanlara malikdir.
Volvo EX30 avtomobili sizi Volvo-dan gözlədiyiniz səviyyədə olan təhlükəsizliklə təmin edir.
Biz hazırda təhlükəsizlik sahəsində liderik, həmişə lider olmuşuq və lider olaraq qalacayıq və EX30 modelində təhlükəsizliklə bağlı baryerimizi aşağı salmayacayıq – o, gərgin şəhər mühitlərində həm siz, həm də başqalarının qayğısına qalır.
Məsələn, sıx şəhər yollarında, velosipedçinin yoluna təsadüfən bir avtomobil qapısının açılması xeyli sayda yol qəzasına səbəb olur. Qeyd olunan qəzalar bəzi şəhərlərdə bildirilən bütün velosiped qəzalarının beşdə birini təşkil edir və Cycling UK-in məlumatına görə, təkcə Böyük Britaniyada hər il orta hesabla 60 nəfər avtomobil qapılarının açılması nəticəsində ölür və ya ciddi xəsarət alır.
Bu cür hadisələrin azaldılmasına kömək etmək üçün gözlənilən Volvo EX30 avtomobilimiz yoldan keçən velosipedçinin və ya digər yol istifadəçisinin qarşısında qapını açmağa hazırlaşdığınız zaman sizi vizual və audio siqnallar vasitəsilə xəbərdar edə bilən qapının açılması xəbərdarlığı sistemi ilə təchiz edilmişdir.
Qapının açılması xəbərdarlığı yeni kiçik krossoverimizə yüksək təhlükəsizlik standartlarımızı necə tətbiq etdiyimizi göstərən tam elektriklə işləyən Volvo EX30 modelində Safe Space Technology-nin bir sıra xüsusiyyətlərindən biridir. Xüsusilə sıx şəhər mühitlərində insanları qorumaq üçün nəzərdə tutulmuş texnologiya ilə bu sistem şəhərdə təhlükəsizliyimizi təmin etmək məqsədilə nəzərdə tutulmuşdur.
Uzun müddətdir ki, biz əsas diqqəti avtomobillərin piyadalar və velosipedçilər ilə yeri paylaşdığı şəhər mühitlərində təhlükəsizliyə yönləndirmişik”, - deyə Təhlükəsizlik Mərkəzimizin rəhbəri Asa Haqlund bildirib. “Volvo EX30 modeli ilə biz şəhər təhlükəsizliyini növbəti səviyyəyə qaldıraraq müasir şəhərlərin əhalinin sıx olan küçələrində siz və digər insanların qayğısına qalmaqla rahat sürücülük təcrübəsi üçün mükəmməl yol yoldaşınız olan kiçik krossover yaradırıq.
Ən müasir təhlükəsizlik sistemi
Volvo Cars şirkətinin ən kiçik krossoveri kimi yeni EX30 modeli sizi Volvo avtomobilindən gözlədiyiniz səviyyədə olan təhlükəsizliklə təmin edir. Unikal təhlükəsizliklə bağlı bilgilərimiz və həyatda baş verən qəzalardan əldə edilən araşdırmalarımızı nəzərə alaraq EX30 avtomobili qəza zamanı sürücü və sərnişinlərini qorumaq üçün nəzərdə tutulub. O, bunu ən müasir mühafizə texnologiyası, eləcə də avtomobillərimizi müxtəlif real həyatda baş verən ssenarilərə hazırlamaq üçün nəzərdə tutulmuş vacib daxili təhlükəsizlik tələblərimizi yerinə yetirən yüksək səviyyəli struktur dizaynla edir.
Bizim üçün hər zaman əsas prioritet qəza zamanı avtomobilin içərisində olan insanları qorumaq olub. Elektromobil olduğundan biz təbii ki, batareyanın bütövlüyünə çox diqqət yetirmişik. Şassi və təhlükəsizlik çərçivəsi mümkün toqquşma zamanı zərbəni effektiv şəkildə kompensasiya edən müxtəlif formalı çox möhkəm poladdan hazırlanıb.
A və C sütunları, habelə dam da avtomobilin içərisində olan insanları daha da qorumaq üçün optimal konstruktiv dizaynla gücləndirilib. EX30 modeli həmçinin yan zərbə zamanı baş və döş qəfəsi nahiyələrinin xəsarətlərini azaltmağa kömək etmək üçün sürücü oturacağının daxili hissəsində uzaq yan hava yastığına malikdir.
Bununla belə, ən yaxşı passiv təhlükəsizlik standartlarımızdan başqa, Volvo EX30 modeli həm də avtomobilin içərisində və çölündə insanları qorumağa kömək edən yeni aktiv təhlükəsizlik xüsusiyyətlərinin müasir komplektini təklif edir.
Ehtiyacınız olanda sizə dəstək olan avtomobil
EX30 avtomobilinin içərisində yeni müasir sürücü xəbərdarlığı sistemi standart şəkildə təqdim olunur və ən yaxşı vəziyyətdə olmadığınız zaman sizi izləyir. Sükan çarxında əllə aşkarlama ilə yanaşı, avtomobil güclü alqoritmlərlə işləyən və sükan arxasında yerləşən xüsusi sensora malikdir ki, bu da bir saniyədə təxminən 13 dəfə göz və üz hərəkətlərini aşkarlayır.
Bu yolla EX30 diqqətinizin yayındığını, yuxulu və ya diqqətsiz olduğunuzu, hətta özünüz dərk etməmiş olsanız belə anlamağa çalışa bilər.
Şəhərdə yeni kəsişmələrdə avtomatik tormozlama funksiyamız kəsişmələrdə qəzaların qarşısını almaq üçün nəzərdə tutulmuşdur. Başqa bir avtomobil gözlənilmədən önünüzdə yolunuzu kəsərsə, avtomatik tozmozlama müdaxiləsi funksiyası avtomobili dayandırmaq və toqquşmanı minimuma endirmək və ya qarşısını almaq üçün nəzərdə tutulub.
Bir sözlə, hər bir Volvo avtomobilində olduğu kimi, yeni EX30 modeli də aktiv təhlükəsizlik və sürücüyə dəstək sistemlərinin geniş komplekti ilə təchiz edilmişdir. EX30 modeli ilə bağlı bütün təhlükəsizlik və sürücü dəstəyi texnologiyası haqqında daha ətraflı məlumatı paylaşacayıq.
İyunun 7-də yeni, tam elektriklə işləyən Volvo EX30 krossoveri qlobal debüt edəcək. Eyni tarixdə onu həm də seçmə bazarlarda sifariş verə və ya əvvəlcədən sifariş verə biləcəksiniz.