C40 "Recharge" modelimizimin istismar dövrü üzrə qiymətləndirmə hesabatı dərc olunub: təmiz enerjiyə çıxış elektrik avtomobilinin faydalarına necə təsir göstərir?
C40 "Recharge" modelinin istismar dövrü üzrə qiymətləndirmə hesabatı avtomobilin bütün istismar dövrü ərzində atmosferə nə qədər karbon buraxmasının gözlənildiyini təsvir edir.
Biz 2030-cu ilə qədər tam elektrikli avtomobil olmağı planlaşdırırıq. Biz həmçinin 2040-cı ilə qədər iqlimə təsir etməyən şirkət olmağı hədəfləyirik. Bunlar ruhlandırıcı hədəflərdir, ancaq bildiyiniz kimi, əməliyyatlarımız karbon emissiyalarına hələ də töhfə verir.
Biz inanırıq ki, problem həlli emissiyanın olduğunu qəbul etmək və bunu açıq şəkildə bildirməkdən başlayır. Bunu etməyin yollarından biri hər dəfə tam elektrikli model təqdim olunan zaman istismar dövrü üzrə qiymətləndirmə hesabatı tərtib edərək dərc etməkdir. Biz bu şəffaf və proaktiv hesabatın dərc olunmasına XC40 "Recharge" modeliylə başlamışıq və bu gün C40 "Recharge" modeli üçün hesabat dərc edirik.
Hər bir hesabat, hər şeydən öncə, müştərilərimizin yeni "Volvo" avtomobili satın almaq barədə şüurlu qərar verməsinə kömək edən təlimatdır. Hesabatda bir sıra ssenarilər vasitəsilə istismar dövrü ərzində, o cümlədən həm istehsal, həm də istismar mərhələsində avtomobilin atmosferə nə qədər karbon buraxmasının gözlənildiyi göstərilir.
Bu yeni hesabatda maraqlı tapıntılardan biri C40 "Recharge" modelini təmiz enerji mənbələriylə şarj etməyin faydalı olub-olmaması ilə bağlıdır. Təəccüblü deyil ki, illərlə qeyd etdiyimiz kimi, elektrikli avtomobillərə keçid təmiz enerjiyə və ictimai şarj infrastrukturuna ciddi investisiya qoyuluşları ilə müşayiət olunmalıdır. Bununla belə, hesabatda bu yanaşmanı dəstəkləmək üçün aydın və rəqəmlərə əsaslanan məlumatlar əks olunub.
"Elektrikli avtomobillərə keçid təmiz enerjiyə və ictimai şarj infrastrukturuna ciddi investisiya qoyuluşları ilə müşayiət olunmalıdır."
Hesabat göstərir ki, C40 "Recharge" avtomobilini təmiz mənbələrdən əldə edilmiş elektrik enerjisiylə şarj etdiyiniz zaman avtomobilin istismar müddəti ərzində atmosferə buraxdığı karbon qazının həcmi təxminən 27 tona düşür. Bu rəqəm daxili yanma mühərriki ilə çalışan XC40 modelində 59 ton təşkil edir.
Bununla belə, əgər avtomobili dünyanın hər yerində olan (tərkibində fosil yanacaqlardan əldə olunmuş 60 faiz enerji olan) orta enerji qarışığı ilə şarj etsəniz, emissiya həcmi 50 tona bərabər olacaq ki, bu da daxili yanma mühərriki ilə müqayisədə ekoloji qazancı ciddi şəkildə azaldır.
Başqa sözlə, avtomobillərimizin tam karbon azaltma potensialının üzə çıxması üçün dünyanın hər yerində insanların hökumətlərə və enerji sektoruna yardım etməlidir. Bu məsələni qeyd etməklə, o cümlədən Qlazqo şəhərində baş tutan COP26 iqlim sammitində etdiyimiz kimi, təmiz enerji və ictimai şarj məntəqələrinə daha çox investisiya qoyuluşuna çağırış etməklə yanaşı, həm də öz karbon emissiyalarımızı azaltmağa fəal şəkildə çalışırıq.
Məsələn, biz 2018-2025-ci illər arasında orta avtomobil başına istismar dövrü üzrə karbon emissiyasını 40 faiz azaltmağı, o cümlədən 2025-ci ilə qədər təchizat zəncirimizdəki karbon emissiyalarını 25 fazi azaltmağı hədəfləyirik. Biz həmçinin 2025-ci ilə qədər iqlimə təsirsiz istehsala nail olmağı planlaşdırırıq və artıq Avropadakı bütün zavodlarımız tam olaraq təmiz elektrik enerjisi hesabına fəaliyyət göstərir.
C40 "Recharge" modelinin istismar dövrü üzrə qiymətləndirmə hesabatını oxumaq üçün daxil olun.