Biz hökumətləri 2040-cı ilə qədər iqlimə təsir etməyən şirkətə çevrilmək hədəfimizi dəstəkləyən təşəbbüs olan 2050-ci ilə qədər beynəlxalq yükdaşımaların karbonsuzlaşdırılması sahəsində tədbirlər görməyə çağıran 150 qurumdan biriyik.
Beynəlxalq yükdaşımaların tam dekarbonizasiyası dayanıqlılıq məqsədlərinə nail olmaqda bizə kömək edəcəkdir.
Dəniz nəqliyyatı avtomobillərimizin dünyanın hər yerindən olan müştərilərə çatdırılmasının təmin edilməsinə şərait yaradan əsas amillərdən biri olmaqla, təchizat zəncirimizin mühüm hissəsini təşkil edir.
"Biz emissiyasız dəniz nəqliyyatı olmadan tam karbonsuz gələcəyə nail ola bilmərik. Avtomobillərimizin və istehsal əməliyyatlarımızın səbəb olduğu işlənmiş qaz emissiyalarının qarşısının alınması üçün uzun müddət tələb olunur, ancaq ən çətin iş logistika sahəsinin karbonsuzlaşdırılmasıdır," təchizat zəncirlərinin idarə olunması şöbəsinin rəhbəri Martin Korner deyib.
"Yükdaşıma xidmətinin böyük müştərilərindən biri kimi bu çağırışa qoşulmaq inkişafı düzgün istiqamətdə aparmaq üçün məntiqi addımdır," Martin qeyd edib.
"Biz emissiyasız dəniz nəqliyyatı olmadan tam karbonsuz gələcəyə nail ola bilmərik."
Yükdaşımaların karbonsuzlaşdırılmasına çağırış 2021-ci ilin noyabr ayında Şotlandiyanın Qlazqo şəhərində baş tutacaq İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 26-cı Sessiyasında iqlim danışıqları ərəfəsində dünya dövlətlərinə təqdim olunacaqdır.
Bütün dəniz ekosistemi, o cümlədən yükdaşıma, gəmi icarəsi, maliyyə, limanlar və yanacaq istehsalı sənayelərindən olan üzvlərdən ibarət çoxtərəfli işçi qüvvəsi tərəfindən yaradılan təşəbbüs beynəlxalq yükdaşımaların tam karbonsuzlaşdırılmasının təcili və mümlün olduğu fikrinə əsaslanır.
Təchizat zəncirlərinin idarə olunması şöbəsinin dayanıqlılıq məsələləri üzrə meneceri Staffan Yohannesson deyib: "Çağırışa imza atan tərəflərdən biri kimi biz dünyanın ən böyük qlobal ticarət iştirakçılarından bəziləriylə gücümüzü birləşdiririk. Biz dövlətlərin sənaye sahələriylə birlikdə qlobal təchizat zəncirlərinin karbonsuzlaşdırılması sahəsində kritik nöqtələrə çatmaq üçün lazım olan siyasət və investisiya qoyuluşlarını həyata keçirməsini istəyirik."