Təchizatçı seçimi: Dayanıqlılıq qiymət və keyfiyyət qədər vacibdir

Biz öz təchizatçılarımızı 2040-cı ilə qədər iqlimə təsirsiz şirkət olmaq hədəfimizə nail olmaqda bizə köməyə etməyə çağırırıq: indi dayanıqlılıq qiymət və keyfiyyət qədər vacibdir.

"Volvo" XC60 SUV hibrid elektrik avtomobili evin həyətindəki yolda şarj olmaq üçün enerji mənbəyinə qoşulub.

Atmosferə buraxdığımız CO2 tullantılarına təchizatçılarımızın emissiyaları da daxildir, buna görə biz onları innovasiya və əməkdaşlığa təşviq edirik.

“Biz həmişə qiymət və keyfiyyətə diqqət yetiririk. İndi isə dayanıqlılığı da nəzərə almaq vaxtıdır," satınalmalar şöbəmizin yeni rəhbəri Kerstin Enoksson deyir. "Tək bir təchizatçının bu üç sahədən birində çox yaxşı olması kifayət etmir. Tərəfdaşımız olmaq üçün onlar bütün tələbləri yerinə yetirməlidir."


2018-2025-ci illər arasında avtomobil başına karbon emissiyalarının həcmini 40 faiz azaltmaqdan ibarət olan ümumi məqsədimizin dörddə birini təchizatı zəncirinə edilən dəyişikliklər təşkil edir.


Sənaye əməliyyatları və keyfiyyət şöbəmizin rəhbəri Xavyer Varela deyir: "Təchizat bazamızda yol verilən emissiyalar da karbon izimizə daxildir. Bu, elə bir sahədir ki, biz karbon emissiyası hədəflərimizə çatmaq və 2040-cı ilə qədər iqlimə təsir göstərməyən şirkətə çevrilmək üçün böyük addımlar atmalıyıq."


Bunun üçün biz təxminən 20 strateji təchizatçı ilə CO2 danışıqlarına başlamışıq. Danışıqların aparılmasında məqsəd təchizatçıları hədəflərimizə uyğunlaşmaq üçün karbon emissiyalarını azaltmağı öhdəlik götürməyə vadar etməkdir. Bundan başqa, biz təchizatçılarımızı ideyalar irəli sürmək və birgə dayanıqlılıq təşəbbüsləri təklif etməyə dəvət etmişik.

“Biz həmişə qiymət və keyfiyyətə diqqət yetiririk. İndi isə dayanıqlılığı da nəzərə almaq vaxtıdır"

Kerstin Enoksson izah edir: "Dayanıqlılıq hədəflərimizi satınalma və qərarların qəbulu proseslərinə inteqrasiya etməklə yanaşı, biz həmçinin təchizatçılarımızın öz dayanıqlılıq təşəbbüslərini artırmasına yardım etmək üçün onları müvafiq təlimlə dəstəkləyirik."


Biz bu mesajları 2021-ci ildə Hakan Samuelsson, Xavyer Varela, Kerstin Enoksson və satınalma komandasını digər əsas üzvlərinin iştirakı ilə dayanıqlılıq dialoqu formatında baş tutmuş "Təchizat zəncirinin gələcəyi" adlı virtual sessiyada dünyanın müxtəlif yerlərində çalışan təxminən 2000 təchizatçıya çatdırmışıq.


"Təchizatçıların rəyləri çox müsbət oldu," Kerstin deyir. "Biz düşünürük ki, innovasiya və əməkdaşlığa güclü meyil var."

Paylaş