Təhlükəsizlik

Biz avtomobil istehsalında təhlükəsizliyə aid olan ən başlıca funksiyaları kəşf etmişik. Texnologiyamız əsl fərqi yaradır və bu hələ son deyil.

Üç nöqtəli təhlükəsizlik kəməri 1959-cu ildə ixtiraçı Nils Bohlin tərəfindən nümayiş etdirildi.

1959 Üç nöqtəli təhlükəsizlik kəməri

Volvo-nun mühəndisi Nils Bohlin PV544 modelimizdə üç nöqtəli təhlükəsizlik kəmərlərini təqdim etdikdən sonra hər kəsin faydalana bilməsi üçün Volvo Cars-ın bu ixtira üçün patent hüquqlarından imtina etməsi nəticəsində bir milyondan çox insanın həyatı xilas edildi.

1972-ci ildə Volvo Cars-ın üzü arxaya baxan uşaq oturacağı.

1972 Üzü arxaya çevrilmiş uşaq oturacağı

Kosmosa uçan insanların beli üzərində uzanmış vəziyyətdə şəkillər yadınızdadırmı? Bəli, məhz bu prinsiplər əsasında biz üzü arxaya çevrilmiş uşaq oturacaqlarını təqdim etdik. Bədənə düşən yükün bərabər bölüşdürülməsi və zədələrin minimuma endirilməsi üçün.

1978

Təhlükəsizlik yastığı

Təhlükəsizlik kəməri bağlanmış şəkildə bir qız qırmızı salonu olan Volvo avtomobilinin uşaq oturacağında oturub.

Biz dünyada ilk dəfə olaraq 4 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulmuş oturacağa kəmər bərkidici əlavə etdik ki, onlar artırılmış mühafizə və rahatlıqla üzü yol istiqamətində səyahət edə bilsinlər.

1990

Dünyanın ilk inteqrasiya olunmuş təhlükəsizlik yastığı

İki uşaq Volvo avtomobilin arxasında oturub, bir-birinə baxır.

Salon daxilində ilk dəfə quraşdırılmış təhlükəsizlik yastığı uşaqların təhlükəsizliyinin təmin olunması üçün bu sahədə çox böyük bir addım idi. Avtomobil qoruyucuları ilə birlikdə hazırlanmışdır və gənc sərnişinlər üçün yüksək səviyyəli mühafizə və rahatlıq təmin edir.

1991

Yan zərbələrdən müdafiə sistemi (SIPS)

Bəzi hissələri müxtəlif rənglərə boyanmış avtomobilin şassi görünüşü.

Bu növbəti dönüş nöqtəsi avtomobil dizaynının ayrılmaz hissəsi olmaqla bərabər, zərbəyə davamlı konstruksiya və salon daxilində enerji uducu materiallara, dözümlü döşəmə və möhkəm oturacaqlara malikdir.

İki qara avtomobil oturacağı, hər tərəfdə bədən üçün bir ağ yan zərbələrə qarşı təhlükəsizlik yastığı.

1991 Yan zərbələrə qarşı təhlükəsizlik yastıqları

SIPS-dən sonra biz dünyada daha bir yeniliyə imza atdıq - yan zərbələrə qarşı bədən üçün təhlükəsizlik yastıqları və ya SIPS hava yastıqları.

Volvo Cars-ın Çiyin Zərbəsindən Mühafizə Sistemi qrafik şəkildə təsvir edilmişdir.

1998 Çiyin Zərbəsindən Mühafizə Sistemi (WHIPS)

Düşünülmüş oturacaq və başaltı dizaynı sayəsində WHIPS arxadan zərbələr zamanı bərabər dəstək və enerjinin udulmasını təmin edərək çiyindən zərbələrin gəlməsi riskini azaltmağa kömək edir.

Volvo Cars-ın Hava ilə doldurulmuş yan yastıqları qrafik şəkildə təsvir edilmişdir.

1998 Hava ilə doldurulmuş yan yastıqlar

Arxa və öndə əyləşən sərnişinləri daha mükəmməl şəkildə qorumaq üçün nəzərdə tutulmuş ilk hava yastığı sistemi. Salonun tavanında gizlədilmiş bu yastıqlar yan zərbə və ya yuvarlanma zamanı sərnişinin başını qorumağa kömək edir.

Yeni minilliyə daxil olarkən biz əsl fərq yaradan təhlükəsizlik xüsusiyyətlərini kəşf etməyə davam etdik.

2002

Yuvarlanmadan Mühafizə Sistemi (ROPS)

Yuvarlanmaya qarşı testlər zamanı Volvo krossoverinin elektron stabilliyə nəzarət sistemi və təhlükəsizlik strukturu yoxlanılır.

Yolsuzluq avtomobilləri daha da populyarlaşdıqca, biz yolsuzluq avtomobillərimizin sabitliyini elektron yuvarlanma sabitliyinə nəzarət sistemi ilə artırdıq və onların kuzov dizaynını, quruluşunu və əyilmə qəzalarında mühafizəni yaxşılaşdırmaq üçün məhdudiyyətləri təkmilləşdirdik.

2003 Kor nöqtələrin təyini (BLIS)

BLIS avtomobilinizə yaxınlaşan digər avtomobilləri aşkarlamaq üçün kamera və ya radarlardan istifadə edir. Qapı güzgüsünün yanındakı xəbərdarlıq işığı sizə sürücü kimi reaksiya vermək üçün daha çox vaxt verir.

Qəza zamanı tormozlama sistemini təsvir edən rəqəmsal işarələrlə yaşayış məntəqəsində hərəkət edən Volvo avtomobili.

2008 Şəhər Təhlükəsizliyi

İlk Volvo XC60 modelimizdən başlayaraq biz bu qəza zamanı avtonom tormozlama sistemini bütün gələcək Volvo modellərində standart şəkildə təqdim etdik. Aşkarlamaq üçün lazerdən istifadə aşağı sürətlərdə arxadan toqquşma riskini azaltmağa kömək edir.

2010

Tam şəkildə avtoəyləc ilə piyada detektoru

Əlində qəhvə fincanı olan bir xanım piyada zolağını keçərkən Volvo XC90 zolağın qarşısında dayanıb.

Təhlükəsizlik innovasiyalarımız təkcə avtomobilin içindəkiləri deyil, ondan kənarda olan insanları da qoruyur. Bu sistem radar və kameranın köməyi ilə avtomobilin qarşısına kimsə çıxdıqda sürücünü xəbərdar edir, sürücü bunu etmədikdə isə öz-özünə tormoz verir.

2014

Zolaqdan çıxmadan mühafizə

Şassi və interyeri açıq olan avtomobilin yandan kəsilmiş görünüşü. Avtomobilin qarşısında həm də boz və qara qutu var.

Yolda zolaqdan çıxma zamanı toqquşmaların sınaqdan keçirilməsində bir təşəbbüskar kimi biz təhlükəsizlik kəmərini dartmaqla və onurğa sütunu zədələrini azaltmaq üçün enerji uducu oturacaq funksiyasını təqdim etməklə sərnişinləri möhkəm vəziyyətdə saxlamağa diqqət yetirdik.

2016 Bağlantılı təhlükəsizlik

Sürüşkən Yolla bağlı Xəbərdarlıq və Qəza Siqnalı Xəbərdarlığı avtomobillər arasında mühüm məlumatları bölüşmək üçün informasiya saxlanılan yeri istifadə edərək sürüşkən yol hissələri barədə və ya qəza siqnalını işə salmış nəqliyyat vasitələri barədə sürücünü xəbərdar edir.

2018

Əyləc vasitəsilə sürətin azaldılması

Əyləc vasitəsilə sürətin azaldılmasının təsvir olunduğu rəqəmsal şəkildə işlənmiş işarələrlə qurulmuş magistral yolda hərəkət edən Volvo avtomobili.

Əgər qarşı yoldakı avtomobil qəfildən sizin yola çıxırsa və toqquşma qaçılmazdırsa, bu funksiya toqquşmanın gücünü azaltmaq üçün avtomobilinizin sürətini azaltmağa kömək edə bilər.

İnsana bənzəyən nöqtələrin rəqəmsal əks olunması.

2019 E.V.A. (Hamı üçün Bərabər Nəqliyyat Vasitələri) təşəbbüsü

Biz 1970-ci illərdən bəri toqquşma zamanı nə baş verdiyini daha yaxşı başa düşmək üçün qəza məlumatlarını topladıq. E.V.A. Təşəbbüsü ilə biz rəqəmsal kitabxanada qəzalar barədə informasiyaların yüklənilməsini hamı üçün əlçatan etmişik.

Parlaq gümüşü rəngli Volvo XC40 Recharge "plug-in" hibrid qara fasadın yanında park edilib.

2020 Sürət məhdudiyyəti

Sürət həddinin aşılması təhlükələri haqqında güclü siqnal göndərmək üçün biz bütün yeni avtomobillərimizin maksimal sürətini 180 km/saata endirdik, habelə daha yaxşı sürücü davranışını dəstəkləməklə üzərimizə yol-nəqliyyat qəzaları zamanı ölüm hallarının olmaması üçün fəal məsuliyyət götürdük.

Növbəti təhlükəsizlik xüsusiyyətlərimizlə biz təhlükəsizlik və Volvo Avtomobilləri üçün yeni bir dövrə qədəm qoyuruq.

Xətlər və digər obyektlərlə yolda avtomobilin rəqəmsal təsviri.

2023 Lidar

Yüksək performanslı sensorlar əsasında yaradılmış lidar texnologiyası təhlükəsiz avtonom avtomobillərin yaradılması üçün açardır. O, avtonom avtomobillərə digər avtomobilləri, piyadaları və velosipedçiləri aşkarlamağa kömək edir.

Avtomobilin sürücü oturacağında olan şəxsin rəqəmsal əksolunması.

2023 Sürücünü anlama sistemi

Bu 2 kameralı sistem sürücünün diqqətinin dağıldığını, yuxuya getdiyini və hətta sərxoş vəziyyətdə olduğunu müəyyən edə bilir. Lazım gələrsə, sistem qoruyucu təbəqəni işə salacaq və təhlükəsizlik sərhədlərini qorumaq üçün müvafiq əks tədbirlər görəcək.

Explore our range

Volvo Cars-ın təhlükəsizlik qaydaları ümumi qaydalara əlavə olub heç bir halda sürücünün məsuliyyətsiz, aqressiv davranışına, yaxud avtomobili
təhlükəli və ya qanunsuz idarə etməsinə şərait yaratmır. İstənilən halda, sürücü hər zaman avtomobilin təhlükəsiz idarə olunmasına görə məsuliyyəti özü daşıyır. Təsvir edilən funksiyalar
istəyə bağlı ola bilər və onların mövcudluğu ölkələr üzrə dəyişə bilər.